118.Koqnitiv dilçilik Koqnitiv linqvistika müasir dilçiliyin fənlərarası əsas istiqamətlərindən biridir. Həmin linqvistika əsas etibarı ilə dil birliyinin mənimsənilməsi və tətbiq olunmasında əqli prosesləri araşdırır. Bu proseslər koqnitiv strategiyalara əsaslanmaqla öyrənilir. ―Dil insanın koqnitiv, əqli (mental), neyroloji fəaliyyətinin əsas təzahürüdür‖ prinsipi burada əsas götürülür. Bu termin ingilis dilində “coqnitive” ‒ science, rus dilində isə ‒ koqnitologiya və koqitologiya adlanır. Koqnitiv linqvistikada dil və düşüncənin (təfəkkürün) mürəkkəb münasibətləri yeni mərhələdə araşdırılır. Koqnitiv linqvistika əsas dillə düşüncənin bir-biri ilə əlaqəsi məsələsini yenidən gündəmə daxil edir. Burada düşüncə qeyri-verbal əlamətə malikdir. Dil düşüncənin varlıq forması kimi deyil, insanın təfəkkür prosesinin təzahürü kimi çıxış edir, bu da, konsept vasitəsi ilə əməliyyat prosesidir
Müasir koqnitiv linqvistikanın xüsusiyyətlərinə aşağıdakılar aid edilir: koqnitiv linqvistikanın mənbələri; əsas anlayışları (konseptuallaşma, kateqoriyalaşma, konsept, koqnisiya və s.); konseptin təyini, onun strukturu, növləri; funksional leksikologiyanın predmeti, məqsəd və vəzifələri, əsas istiqamətləri; antroposentrik istiqamət və funksional leksikologiya; funksional leksikologiyanın mətnisentrik istiqamətləri; funksional leksikologiyaya yeni yanaşma; dildə şəxsiyyətin leksik prezentasiyası və mətni fəaliyyəti; koqnitiv-praqmatik aspekt; söz və konseptin mətndə təhlili problemi; sözün kommunikativ potensialı və onun mətndə əksi; mətnin linqvistik strukturu və onların növləri; bədii konseptlərin leksik vasitələrinin reprezentasiyası; bədii konseptin mətni assosiativ sahəsi; sözün kommunikativ və koqnitiv imkanlarının metodik aspektdə öyrənilməsi; bədii mətnin konseptual strukturunun təhlili; dünyanın poetik mənzərəsi və bədii konsept anlayışı; bədii konseptin növləri; mətnin konseptual strukturu və onun leksik və dərketmə strukturu ilə əlaqəsi.
Varlıq simvollarının dəyişmələrinə dair fakt, hadisə və duyğuların yaratdığı biliklərin dərketmə proseslərinin təfəkkürdə əks olunmasını günümüzdə koqnitiv linqvistika öyrənir. Dil vasitəsilə insan beynində əks olunan bilik sisteminin alt və üst səviyyələri ilə qruplaşdırılması və kateqoriyalaşdırılması koqnitiv linqvistikanın araşdırma prinsiplərinin cəmi kimi dərk edilir.