1. Dilçiliyin obyekti, predmeti və vəzifələri


Dilin lüğət tərkibinin əsas zənginləşmə yolları



Yüklə 116,59 Kb.
səhifə29/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   ...   25   26   27   28   29   30   31   32   ...   64
dilciliye giris imtahan suallari

52.Dilin lüğət tərkibinin əsas zənginləşmə yolları
Dilin lüğət tərkibi ,onun leksik-semantik sistemi daim dəyişir.Bu zaman dildə çıxan yeni sözlər və mənalar işləklikdən çıxam sözlər və onların mənalarından xeyli çox olur.Dilin lüğət təkibinin ,onun leksik semantik sisteminin daim zənginləşməsi dilin ictimai hadisə kimi tarixi inkişaf qanunlarından biridir.Dilin lüğət tərkibinin zənginləşməsinin 3 əsas yolu vardır: morfoloji,semantik,başqa dillərdən sözlər alınması.
Morfoloji söz yaradıcılığı dilin lüğət tərkibinin və fərdi nitqin zənginləşməsi yolu kimi yalnız flektiv və aqqlütinativ dillər üçün xarakterikdir.Lakin söz əsaslarının birləşməsini söz yaradıcılığının morfoloji üsulu hesab etsək,o zaman onu köklərin birləşməsindən düzələrək mürəkkəb sözə və törəmə ada bənzəyən normativ vahidlərin əmələ gəldiyi affikssjz dillərdə görmək olar.Morfoloji yolla zənginləşmə dildə sözdüzəldici modellərin və sözdüzəltmə üsullarının olmasına söykənir.Sözdüzəltmə üsulu söz törədən və törəmə sözün -yeni yaranan sözün quruluşu və mənasının müqayisəsində müəyyənləşir.
Semantik üsul-bu üsul yeni söz yaratmaqdan çox,mövcud sözlərdə yeni məna yaratmağa xidmət edir.Buna görə də leksik-semantik üsul adlandırırlar.Sözün mənasının genişlənməsi onun bildirdiui anlayışın həcminin böyüməsi,adlandırdığı əşya və hadisələrin sayının artmasıdır ki,bunun da nəticəsində sözün yeni mənası yaranır.Sözdüzəltmənin leksik-semnatik üsulu sözün müxtəlif mənaları əsasında müxtəlif sözlərin yaranmasından ibarətdir.Bu prosesin 3 növü var:omonimlərin yaranması;Sözlərin mənalarının dilin inkişafının müxtəlif dövrlərdə yaranması;üumi və xüsusi adlar arasında qarşılıqlı münasibət
Söz alınması üsulu-sözlərin bir qismi kalka yolu ilə yaranır.Bu zaman yabançı dilin söz modeli ana dilinə burada olan morfemlərlə köçürülür.Dilin tarixi inkişafında alınma sözlər sözdüzəltmə motivliyini itirir və sırf kök kimi çıxış edir.
53.Leksikoqrafiya. Lüğətlərin növləri
Lüğətlərin növləri, quruluşu, tərtib prinsiplərinin nəzəri əsasları və digər xüsusiyyətlərindən bəhs edən şöbə dilçilikdə leksikoqrafiya adlanır. Lüğət küll halında müxtəlif qrup dil vahidlərinin və məfhumların müəyyən qaydada düzülüb bu və ya digər cəhətdən şərh olunduğu əsərdir.
İzahlı lüğət dildəki sözləri həm məna, həm qrammatik, həm də üslubi cəhətdən izah edir və aydınlaşdırır. İzahlı lüğətin əsas məqsədi dilin lüğət tərkibindəki hər bir sözün mövcud mənasını, məna variantlarını, müxtəlif məna incəliklərini izah etmək, onun zəngin, nə kimi lüğəvi imkanlara malik olduğunu aydınlaşdırmaqdır. İzahlı lüğətlər öz məqsəd, vəzifə və xarakterlərindən asılı olaraq müxtəlif ola bilir: 1. Bütün dilin izahlı lüğəti. Belə lüğət həm ədəbi, həm də danışıq dilindəki bütün dil materiallarını əhatə edir. 2. Ədəbi dilin izahlı lüğəti. Bu lüğətdə ancaq ədəbi dildə işlənən sözlər izah olunur. 3. Ayrı-ayrı şair və yazıçının dilinin izahlı lüğəti. Bu növ lüğətlərdə yazıçının əsərlərindəki bütün sözlər və ifadələr öz əksini tapır. Azərbaycan dilinə dair izahlı lüğətin tərtibinə 1945–1946-cı illərdən başlanmışdır.
Frazeoloji vahidlərə aid leksikoqrafik iş frazeoloji lüğət adlanır. Lüğətdə 5.500 frazeoloji vahid əhatə olunmuş, bunların rusca qarşılığı verilmişdir.
Dildəki terminlərin izahına, qarşılaşdırılmasına (başqa dillərlə) və digər cəhətlərinə dair olan lüğətlər terminoloji lüğətlər adlanır. Bu növ lüğətlər müxtəlif elm sahələrinə məxsus olduğu üçün bunlara sahə lüğətləri də deyilir. Azərbaycanda terminoloji lüğətlərin çapına 1920-ci ildən başlanmışdır . Terminoloji lüğətlər xarakterinə görə, əsasən, üç cür olur: a) izahlı, b) izahlı tərcümə və c) tərcümə.
Özgə dili mükəmməl öyrənmək və bir dildən başqa dilə tərcüməni asanlaşdırmaq üçün yaranan lüğətlərə tərcümə lüğəti deyilir. Tərcümə lüğəti sadəcə iki dili qarşılaşdırmaq olmayıb, bir dilin zənginliyinə dair digər dildə qarşılıq tapmaq, onu izah edib aydınlaşdırmaqdan ibarətdir
Tezlikli lüğətlər -semantikaya daxil olan vahidlərin qeydə alındığı lüğət. Tezlikli lüğəti maşın tərcüməsində, linqvistik avtomatlarda, tədris vasitələri kimi maşının köməyi ilə aparılan tərcümələrdə istifadə olunur


Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin