1. Dilçiliyin obyekti, predmeti və vəzifələri


Leksikanın üslubi layları



Yüklə 116,59 Kb.
səhifə28/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   ...   24   25   26   27   28   29   30   31   ...   64
dilciliye giris imtahan suallari

50. Leksikanın üslubi layları
Nitqdə söz ünsiyyət prosesinin ünsürünə çevrilir. Lüğət tərkibi dilin fonetik sistemi və qrammatik quruluşu ilə müqayisədə daha çox dəyişkənliyə məruz qalır. Bu dəyişmələr üç istiqamət üzrə gedir:
a) yeni sözlərin yaranması;
b)sözlərin köhnəlməsi;
c)sözlərin mənasının dəyişməsi
Tədqiqatçılar leksik-üslubi layları əsasən belə bölmüşdür.
1) ümumişlək və funksional laylar;
2) ərazi və ictimai professional əlamətləri ilə fərqlənən laylar: dialektizmlər, peşə-sənət sözləri;
3) emosional və leksik keyfiyyətləri ilə fərqlənən laylar: emosional ekspressiv leksika və evfemizmlər;
4) genetik və xronoloji əlamətləri ilə fərqlənən laylar: əcnəbi leksika, neologizmlər və arxaik sözlər

51.Arxaizm və istorizmlər. Neologizmlər
Arxaizmlər xalq dilində indi də işlənir. Dilin lüğət tərkibində xalqın tarixi əks olunur. Sözlər elmdə, texnikada, mədəniyyətdə baş verən dəyişikliklərin, tarixi hadisələrin canlı şahidləridir. Zaman keçdikcə bəzi məfhumlar dəyişir, yox olur və belə məfhumları bildirən sözlər də köhnəlir, öz ümumişlək xüsusiyyətini itirir. Belə sözlər köhnəlmiş sözlər adlanır. Köhnəlmiş sözlər iki yerə bölünür: arxaizmlər, tarixizmlər.
Arxaizm deyəndə bu gün işlənməyən sözlər nəzərdə tutulur. Söz özü dildən çıxmış, həmin sözlərin əvəzinə onların mənasını verən sözlər yaranmışdır. Yəni anlayış qalır, onu ifadə edən söz dəyişir. Arxaizmlər adətən aradan çıxan məişət əşyalarının adından ibarət olur. Məsələn: ayıtmaq (demək), əsən (sağ, salamat), uçmaq (cənnət), ayaq (qədəh), nəsnə (əşya), us (ağıl) və s. Arxaizmlər müasir dildə az işlənən və köhnə adət-ənənə, həyat tərzi ilə bağlı sözlərə deyilir.
İfadə etdikləri əşya və hadisə ilə birlikdə köhnəlmiş sözləri şərti olaraq tarixizm adlandırmaq olar. Tarixizmlər, əsasən, dövlət quruluşu, ictimai vasitə və
münasibətlərlə bağlı meydana çıxan köhnəlmiş sözlərdir
Dildə təzəcə yaranan, yaxud da dilə yenicə daxil olan sözlərə neologizm deyilir. Neologizm hadisəsi arxaizmin tam əksini təşkil edir. dildə yeni sözün neologizm hesab edilməsinin əsas meyarı onun daxil olduğu dövrdəki işlək sözlərdən fərqlənməsi, təzəlik əlamətini saxlaması, yenilik çalarlığını əks etdirən üslubi
keyfiyyətini mühafizə etməsidir.


Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin