1. Dilçiliyin obyekti, predmeti və vəzifələri


Leksik məna. Leksik mənanın əsas tipləri



Yüklə 116,59 Kb.
səhifə24/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   ...   20   21   22   23   24   25   26   27   ...   64
dilciliye giris imtahan suallari

42.Leksik məna. Leksik mənanın əsas tipləri
Fonetik (səsli) sözün leksik mənasının xassələri çox müxtəlifdir. Sözün leksik mənası onun səs tərkibi ilə müəyyənləşmir və motivləşmir. Öz-özlüyündə nitq səsləri heç nə bildirmir. Əks halda nə omonimlər, nə də sinonimlər olardı. Sözün səs cildi ilə mənasının əlaqəsi dil ənənəsi ilə təsbit olunmuş yaxınlığa görə assosiasiyadır, Buna görə də eyni əşya və anlayışlar müxtəlif dillərdə müxtəlif səs tərkibli sözlərlə bildirilir. Eyni əşya və anlayışlar, hadisələr və şəxslər sinonimlərdən istifadə edildikdə də müxtəlif şəkildə adlandırılır. Səslənmə ilə məna arasında əlaqənin olmaması dildə omonimlərin olması ilə də sübut edilə bilər.
Söz əşyanın adı kimi. Leksik məna əşyavi təyinatla xarakterizə edilir: söz əşyaya işarə edir və onu adlandırır, buna görə də leksik mənanı əşyavi məna da adlandırırlar. Leksikolofi mənada əşya yalnız real əşyalar deyil, həm də heyvanlar və insanlar, əşyaların xassələri, eləcə də hadisə, təzahür və hərəkətlər və onların xassələridir. Leksik mənalar konkret yə mücərrəs. ümumi və xüsusi olurlar.
Söz anlayış bildirmə vasitəsi kimi- Söz hər bir ayrı-ayrı əşyanın işarəsi deyildir. Söz əşya haqqında anlayış bildirən addır. Ümumiləşdirmə funksiyası adlandırmanın, leksik mənanın mühüm xassəsidir.Anlayışlar kimi, leksik mənalar da əşyaların ümumi xassəsini və fərqli əlamətlərini göstərir, Məsələn, qayıq sözü suda üzmək üçün kiçik bir avarlı üzmə vasitəsini bildirir.
Sözün əşya və anlayış aidiyyəti leksik mənanın iki mühüm cəhətidir, Lakin leksik mənanın üçüncü xassəsi də vardır: dil şərtlənməsi, Məhz bu xassə nəticəsində eyni əşya və anlayışlar müxtəlif dillərdə müxtəlif cür adlanır, beləliklə, leksik məna konkretin dilin konkret sözünə bağlanmışdır. Leksik mənanın dil şərtlənməsi leksemlərin və onların mənalarının bir-birilə bağlanması, bir-birinə kömək etməsi nəticəsində yaranır. Leksik mənanın dil şərtlənməsi onun dil baxımıdan motivliliyindən ibarətdir. Leksik mənanın motivliliyi iki cür olur: leksem motivliliyi və sözdüzəltmə motivliliyi. Leksem motivliliyini məna bildirmə söz düzəltmə motivliliyini sözün daxili forması adlandırırlar


Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin