1. Dilçiliyin obyekti, predmeti və vəzifələri


Omonim, omofon, omoqraf və omoformalar



Yüklə 116,59 Kb.
səhifə26/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   ...   22   23   24   25   26   27   28   29   ...   64
dilciliye giris imtahan suallari

46.Omonim, omofon, omoqraf və omoformalar
Səs formasına görə üst-üstə düşən,lakin mənaca fərqlənən sözlər omonimlər adlanır.Polisemiyadan fərqli olaraq ,omonimiya yalnız səs formasının ümumiliyi əsasında meydana çıxır.Omonim sözlərin mənaları ümumi semantik nüvəyə malik olmur.Omonimlər konkret dilin leksik sisteminə mənsub olur.Müxtəlif dillərin sözlərinin səs formalarının təsadüfi üst-üstə düşməsini omonimlik hesab etmək olmaz.Dilin şifahi ,həmdə yazılı formasının olması ilə bağlı müxtəlif sözlərin səs və hərfi formasının üst-üstə düşməsinin iki növü var : tam omonimlər və natamam omonimlər(omofonlar,ompqraflar)
Tam omonimlər səs və yazılı formasına görə üst-üstə düşən müxtəlif sözlərdir.Lakin tələffüz və yazılış arasında ayrılma da ola bilər.Bunun nəticəsində omofonlar və omoqraflar yaranır.
Omofonlar yazılışına görə fərqli,lakin tələffüzünə görə eyni olan müxtəlif sözlərdir.
Omoqraflar yazılışına görə eyni,tələfüzünə görə isə fərqlənən sözlərdir.
Müxtəlif sözlərin ayrı-ayrı formalarının da üst-üstə düşdüyü hallar olur.Belə omonimlər leksik omonim yox,morfoloji omonimlərdir.


47.Frazeologizmlər və onların növləri

Dildə olan bütün sabit söz birləşmələrinin, bölünməz ifadə və ibarələrin məcmusuna frazeologiya deyilir. Frazeologizmlər dilin xalq fizionimiyası ,onun orijinal vasitəsi,varlıq və zəka zənginliyidir.Frazeologiya termini iki yunan sözündən (phrasis-ifadə və logos (təlim)) əmələ gəlmişdir.Frazeologizmlər strukturca birləşmə və cümlə xarakterlidir.Bu cəhətdən iki qrupa ayrılır :


1.sözün məna ekvivalenti kimi çıxış edən frazeologizmlər
2.mənasına görə cümləyə bərabər frazeologizmlər
Frazeologizmlərin struktur baxımdan 3 qrupa bölünür:
1.İki sözlü frazeologizmlər
2.Üç sözlü frazeologizmlər
3.Üçdən artıq sözlü frazeologizmlər
Frazeologizmləri müxtəlif şəkildə təsnif etmək olar:mənşəyinə,tərkibinə,mənasına görə
Mənşəyinə görə iki qismə ayrılır : Xalis və alınma
Əsl frazeologizmlər milli səciyyəlidir.Tərkib üzvləri öz sözlərimizdən ibarətdir.Alınma frazeologizmlər digər qismində tərkib üzvlərindən biri və ya ikisi başqa dillərə məxsus olur.
Tərkibinə görə sadə və mürəkkəb olur.İkiüzvlü frazeologizmlər sadədir.Üç və ya üçdən artıq üzvlü frazeologizmlər mürəkkəbdir.
Mənasına görə semantik və qrammatik frazeologizmlərə ayrılır.Semantik frazeologizmlər-belə frazeologizmlərin tərkib üzvləri bir-biri ilə əlaqələnmiş və elə qaynayıb-qarışmış ,qovuşmuşdur ki,onları ayrı-ayrılıqda təsəvvür etmək olmur.Aşağıdakı əlamətlər səciyyəvidir :
1.Məcazilik
2.Ekspressivlik
3.Tərkib üzvlərindən birinin başqa sözlərlə-sinonimi əvəz etmək olmur
4.Bütövlükdə sinonimi ilə əvəz oluna bilər.
Qrammatik frazeologizmlər-Mənaca bütöv və bölünməzdir,bir məfhum ifadə edir,lakin tərkib üzvləri arasındakı qrammatik əlaqə nəzərə çarpır.

Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin