1. Dilçiliyin obyekti, predmeti və vəzifələri


Sinonimlər, sinonim cərgələri



Yüklə 116,59 Kb.
səhifə27/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   ...   23   24   25   26   27   28   29   30   ...   64
dilciliye giris imtahan suallari

48.Sinonimlər, sinonim cərgələri
Dildə bu və ya digər məfhum bir sözlə deyil, bəzən bir neçə müxtəlif söz və ya sabit birləşmə vasitəsilə ifadə olunur. Dildə sinonimik münasibət həm sözlər, həm sözlə ifadələr, həm ifadələr, həm də söz və ifadələrlə qrammatik vahidlər arasında mövcud ola bilir. Buna əsasən sinonimləri iki tipə bölmək mümkündür: lüğəvi sinonimlər, qrammatik sinonimlər. Dilin istər lüğət tərkibinə, istərsə də qrammatik quruluşuna aid sinonimlərin özlərinə məxsus fərqli xüsusiyyətləri, əlamətləri mövcuddur. Dilimizdəki lüğəvi sinonimlərin iki növü vardır: a) leksik sinonimlər, b) frazeoloji sinonimlər. Dildə formaca müxtəlif, mənaca bir-birinə çox yaxın olan sözlərə leksik sinonimlər, yaxud sinonim sözlər deyilir.
Bu və ya başqa sinonimi təşkil edən müxtəlif sözlərin məcmusu sinonimik cərgə adlanır. Sinonimi əmələ gətirən sözlərin hər biri bərabərhüquqlu üzv sayılır.
Hər sinonimik cərgədə bir əsas söz olur. Bu söz dilçilikdə dominant adlanır.
Dilimizdəki sinonimik cərgələr sözlərin miqdarına görə çox müxtəlifdir; Dilimizdə bunlardan başqa daha çoxsözlü sinonim cərgələr də vardır.


49.Antonimlər. Enantiosemiya
Formaca müxtəlif, mənaca bir-birinin əksini təşkiledən sözlərə antonim sözlər deyilir. Azərbaycan ədəbi dilində antonimlərin aşağıdakı məna növləri vardır:

  1. əlamət, keyfiyyət və xüsusiyyət anlayışı bildirən antonimlər;

  2. vaxt anlayışı bildirən antonimlər

  3. məkan anlayışı bildirən antonimlər;

  4. ölçü və miqdar anlayışı bildirən antonimlər;

  5. təbiət hadisələri anlayışlarını bildirən antonimlər;

  6. hal, hərəkət və vəziyyət anlayışları bildirən antonimlər;

Dildəki bütün antonimlərin ifadə etdikləri ziddiyyətin dərəcəsi eyni kəmiyyətdə olmur. Buna görə də antonim sözlər iki yerə bölünür: tam və nisbi antonimlər. Mənaca bir-birinin tam və mütləq ziddini təşkil edən sözlərə tam antonimlər deyilir; Mənaca bir-birinin şərti və nisbi ziddini təşkil edən sözlərə nisbi antonimlər deyilir.
Enantiosemiya — dilçilikdə eyni fonetik cildə malik olan sözün bir-birinə əks mənaları ifadə etməsi hadisəsi.Enantiosemiya hadisəsinin əsasında mənanın polyarlaşması dayanır, söz semantik inkişafı nəticəsində iki əks məna qazanır. Belə sözlər şəkli xüsusiyyətlərinə görə omonimlərə bənzəyir. Enantiosemlər eyni səs tərkibinə malik olur, eyni cür yazılır. Başqa bir tərəfdən, belə sözlər antonimlərə bənzəyir, enantiosemlər bir-birinə əks mənaları bildirir. 



Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin