Sual 13.Ekoloji təhsil.Ekoloji təhsilin məqsədi təbiətə məsuliyyət münasibətinin formalaşdırılmasıdır. Ekoloji təhsil dedikdə ümumi ekoloji mədəniyyətin, hər planet sakinində ekoloji məsuliyyətin formalaşmasına yönəlmiş fasiləsiz təhsil, tərbiyə və inkişaf prosesi, planetimizin hər sakininin ekoloji məsuliyyəti başa düşülür.
Mütəxəssislər məsuliyyətə şəxsiyyət və cəmiyyətin qarşılıqlı asılılıq və universal əlaqə forması kimi baxır. Ekoloji məsuliyyət özünənəzarət, özünün hərəkətlərinin ətraf mühitə təsirinin yaxın və uzaq nəticələrini görmək qabiliyyəti, özünə və başqalarına tənqidi yanaşmaq və s. İlə bağlıdır.
Ekoloji təhsil ilə təhsil sisteminin ekologiyalaşdırılması bir-birindən fərqlənir. Ekoloji təhsilin iki əsas istiqaməti ayrılır: ətraf mühitin və insanın mühafizəsinin ümumi ideyaları ruhunda tərbiyə, təbii və antropogen ekosistemlərin varlığının ümumi qanunauyğunluqları haqqında xüsusi peşəkar biliklərin əldə edilməsi. Hər iki istiqamət qarşılıqlı əlaqədədir, çünki onların arasında ekoloji qanunauyğunluqların dərk edilməsi, yanaşması prinsipləri durur. Təhsil sisteminin ekologiyalaşdırılması – ekoloji ideyaların, anlayış, prinsip, yanaşmaların başqa təlimlərə nüfuz etməsini, həmçinin ekoloji cəhətdən bilikli müxtəlif sahə mütəxəssislərinin hazırlanmasını nəzərdə tutur. Təhsil sistemi elmi tədqiqatlardan həmişə geri qalır. Çox vaxt həlli operativlik tələb edən ekoloji problemlərin xüsusiyyətini nəzərə alsaq, bu cür gerilik minimuma endirilməlidir. Ekoloji təhsil sisteminin bağlayıcı, onun əsas inkişaf amillərindən biri olmalıdır.
Dostları ilə paylaş: |