1. Ekologiya elmi haqqında anlayış, tarixi, əsas məqsəd və vəzifələri


Sual 45 .Ozon qatının mühafizəsi üzrə Azərbaycan Respublikasının Strategiyası



Yüklə 87,11 Kb.
səhifə52/52
tarix02.01.2022
ölçüsü87,11 Kb.
#42954
1   ...   44   45   46   47   48   49   50   51   52
ekologiya

Sual 45 .Ozon qatının mühafizəsi üzrə Azərbaycan Respublikasının Strategiyası.

Respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində yaranmış işçi qrupunun və BMT ekspertlərinin 1997 – ci ildə apardıqları araşdırmalarına görə, Respublikamız ozon dağıdıcı maddələrin –istifadəsinə görə Cənubi Qafqaz respublikaları arasında 1-ci yerdədir. Respublikamızda ozon dağıdıcı maddələrin ümumi miqdarı 965.7 tondur.

BMT – nin Ətraf mühit və inkişaf proqramları Azərbaycan Respublikasında 6 layihə həyata keçirir. Bu layihələrə əsasən Azərbaycana Qlobal Ekologiya Fondu tərəfindən 7 milyon ABŞ dolları dəyərində qrant ayrılmışdır.Layihənin həyata keçirilməsinə nəzarət etmək üçün Azərbaycan Ozon Mərkəzi yaradılmışdır.

Azərbaycan hökümətinin strategiyası aşağıdakı kimi müəyyən edilmişdir:

- 2001 – ci ildən 2006 – cı ilə kimi XFK soyuducu agent kimi müstəsna hallarda istifadə olunmasına yol verilməklə 2002 – ci ilə kimi XFK və halonların idxalının dayandırılması;- Monreal protokolunun 2- ci maddəsinə görə ölkələrə təyin olunmuş hXFK və metal – bromidin istifadəsi- nin tədricən dayandırılması qrafikinə riayət etmək;- ozon dağıdıcı maddələr olmayan texnologiyanın tətbiq edilməsi üçün Azərbaycan Respublikasının sanayesinə QEF və başqa beynəlxalq təşkilatlar tərəfindən yardım edilməsi;- ODM istifadəsinin dayandırılma prosesinin effektivliyinin və əhəmiyyətinin hazırlanması;- ODM idxalına nəzarət etmək üçün lazım olan lisenziyalaşdırma prosesinin işlənib hazırlanması.

BMT – nin Ətraf Mühit Proqramının Paris bürosunda Azərbaycan Respublikasının guşəsi açılmışdır və nailiyyətlər orada nümayiş etdirilir. Çinar soyuducular zavodunda ODM istifadə edən sexlərin yenidən qurulması, kamera və şkafların izolyasiyasının hazırlanması zamanı istifadə olunan XFK – 11 – in əvəzinə yeni ODM olmayan tsiklopentanın istifadə üçün müasir avadanlıqların quraşdırılması nəzərdə tutulmuşdur.Layihəyə əsasən İtaliyanın «Cannon» və «Galileo» firmaları lazım olan müasir avadanlıqları «Çinar» istehsalat Birliyində quraşdırmışlar, qurğular artıq istifadə üçün tam hazırdır. Soyuducu agentlərin bərpası və yenidən istifadəsi üçün Milli Proqramın həyata keçirilməsi layihəsinə əsasən 2000 – ci ilin fevral ayından başlayaraq Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Əli Bayramlı, Lənkəran, Şəki, Xaçmaz, Şamaxı, Masallı, Göyçay, Qazax, Bərdə şəhərlərində 32 bərpa və yenidənistifadə Mərkəzləri yaradılmış və avadanlıqlarla təmin edilmişdir.





Yüklə 87,11 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin