Sual 37.Heyvanlar aləminin təbiətdə və insan həyatında əhəmiyyəti.
Təbiətdə heyvanlar torpaqəmələgəlmə prosesində, biokütlənin yaranmasında və biogeosenotik əlaqələrdə iştirak edir. Heyvanlar hidrosfer və atmosferin qaz tərkibinə də təsir edir. Qədim geoloji dövrdə Yaşamış bir sıra heyvanların, məsələn ixtiozavrların, dinozavrların, dəvəquşuna oxşar peropoqların və s. Nəsli kəsilmişdir. Hazırda dünyada 1,5 mln- dan çox heyvan növü vardır. Bunlar əsasən ibtidai orqanizmlər, süngərlər, yastı qurdlar,buğumayaqlılar, balıqlar, suda quruda yaşayanlar, quşlar və məməli heyvanlardır. Təbiətdə hər hansı heyvan növünün zərərli və faydalı olması bir sıra səbəblərdən asılıdır; onun populyasiyasının sıxlığından, həmin növə məxsus fərdlərin ümumi sayından, konkret rayonda inkişaf etdirilən təsərrüfatdan, ilin fəsillərindən və s. Məsələn, hindistanda müqəddəs hesab edilən vəhşiləşmiş inəklər yaşıllığa böyük Zərər verirlər. Canavar və başqa yırtıcıların normal sayı heyvanlar aləmində „sanitar Və seleksioner” rolu oynayır. Qızlarquşu (arıqapan) arıçılıq rayonlarında zərərli, başqa rayonlarda isə faydalıdır .
Heyvanlar aləminin faydalı xüsusiyyətlərini vardır: təbiətin maddələr və enerci dövriyyəsində özünə məxsus yer tutması, ekoloci sistemlərdə Konsument mövqeyi, torpağın və lantşaftın formalaşmasında iştirakı, bitkilərin yayılmasında və çarpaz tozlandırılmasında iştirakı, ərzaq, dərman və ətriyyat mənbəyi olması, heyvandarlığın təbii mənbə olması ilə iqtisadiyyatı təmin etməsi, Elmi – mədəni, maarif və estetik baxımdan əhəmiyyəti və s. Heyvanların insana və ətraf mühitə zərəri də var: bitki ortüyünü və ev Heyvanlarını tələf etmələri, insana və ev heyvanlarına xəstəlik yoluxdurması və s. Demək, heyvanlar ilk üzvi birləşmələrin hesabına yaşayan orqanizm kimi təbiətdə maddələrin bioloji dövriyyəsində əvəzedilməz fəaliyyət Göstərir. İnsan üçün heyvanlar aləminin əhəmiyyəti ekoloci, iqtisadi, elmi, estetik və Mədəni xarakter daşıyır. Ekoloji – hüquq baxımından istifadə olunan və qorunan yalnız vəhşi heyvanlardır.
Dostları ilə paylaş: |