Sual 34 . Bitki örtüyünün qısa xarakteristikas
Bitki aləmi ibtidai və ali bitkilər qrupuna bölünür. İbtidai bitkilər sadə quruluşda olub, əsasən gövdədən ibarətdir. Ali bitkilər isə mürəkkəb quruluşdadır Və vegetativ orqanlara (kök, gövdə, yarpaq və s.) malikdir. İbtidai bitkilərə yosunlar (yaşıl, mavi- yaşıl, qızılı, qonur, qırmızı) və şibyələr aiddir. Bakteriya və köbələklər isə xüsusi grup təşkil edir.
Ali bitkilərə mamırkimilər, qıcıkimilər, çılpaqtoxumlular, örtülütoxumlular Və s. Daxildir. Bitkilər üç funksiyası isə həyatı prosesləri tənzimləyir: Fotosintez, oksigen istehsalı və rütubətin buxarlanması. Bitkilər havadan karbon Qazını mənimsəyir, havanı oksidləşdirir, atmosferin kimyəvi tərkibini tənzimləyir. Bitkilər iqlimi və su balansını tənzimləyir, havanı oksigen ilə zənginləşdirir, Onu zərərli toz hissələrindən və xəstəlik törədiciləri dən tənzimləyir. Bitkilər işıq Enercisini alaraq torpaqdakı mineral maddələrdən özləri üçün qidalanma şəraiti yaradırlar. Biktilərin yaşadığı mühit bir sıra elementlərdən təşkil olunmuşdur. Bunlardan bəziləri bitki üçün olduqca zəruridir. Yaşıl bitki üçün həyatı əhəmiyyətli olanlar: karbon qazı, oksigen, istilik, su və torpaqda olan mineral duzlardır. Bunlar bitki üçün eyni Dərəcədə əhəmiyyətlidir və əvəz olunmazdır. Yuxarıda göstərilən elementlərlə yanaşı bitkilərə dahа bir sıra amillər təsir Edir ki, bunlar küləy, havanın seyrəkliyi, havada olan tüstü qazları, relyef və s.dir
Yaşama mühitinin amilləri, bitkilərin həyat fəaliyyətinə az və ya çox dərəjədə Təsir göstərir və onlar ekoloji amil adlanır. Ekoloji Amilin təsirinin müəyyən sərhədlər daxilində dəyişilməsi ekoloci amplituda adlanır. Ekoloci amplituda müxtəlif növlər üçün də müxtəlifdir. Ekoloji amilləri iki qrupa bölürlər:
Bilavasitə təsir edən ekoloji amillər; Buraya işıq, istilik, su, torpağın kimyəvi tərkibi (mineral duzlar), hava, ot biçini, Qaramal tərəfindən yeyilmə, toxum və meyvələrin bir yerdən başqa yerə Aparılması, yanğın hadisələri və s. Amillər daxildir.
Dolayı yolla təsir edən ekoloci amillər. Bunlar, nəmliyin, istiliyin, işığın Paylanmasını dəyişdirərək həmin şəraitlərdə yaşayan bitkilərə dolayı yolla təsir Edir. Buraya ərazinin iqlimi, relyef şəraiti, ana suxurlar, torpağın fiziki xassələri Vəs. Daxildir.
Bitkiyə təsir edən ekoloji amillər aşağıdakı qruplara bölünür:
1. İqlim amilləri;
2. Edafik amillər;
3. Oroqrafik amillər;
4. Biotik amillər;
5. Antropogen amillər;
6. Tarixi amillər.
İşıq, istilik, havanın rütubəti, külək, yağıntılar iqlim amillərinin ayrı – ayrı Komponentləridir. Bu və ya digər amilin çatışmaması bitkilərdə gedən həyatı Proseslərin pozulmasına səbəb olur.
İşığın əhəmiyyətini xlorofilli bitkilərin qidasında təmin edir. İşıq xlorofilə Hopur və ilk üzvi maddələrin əmələ gəlməsində iştirak edir. Meyvə əmələgəlmə və Çiçəkləmə dövründə işıq xüsusilə həlledici əhəmiyyətə malikdirBitkilərin işığa olan münasibətini təxmini Olaraq müəyyənləşdirmək üçün işıq bolluğundan istifadə olunur. Bu münasibətə görə bitkilər 3 Qrupa bölünür:
Tam işıqda inkişaf edən bitkilər. Belə bitkilərə bozqır, səhra, tundra, Meşəsiz dağ bitkiləri daxil olub, heliofitlər (helio – günəş, fiton – bitki) adlanır.
Bəzi biktilər həm işıqda, həm də kölgədə inkişaf edir. Bunlar fakultativ Heliofitlər adlanır. Çəmən – bozqır bir sıra meşə bitkiləri fakultativ heliofitlərdir.
Bəzi bitkilər yalnız kölgədə yaşayır, açıq yerdə bitmir. Bu qrup bitkilər skiofitlər adlanır. Əsmə məryəmnoxudu, gijitikan, ayı döşəyi skiofit bitkilərdir.
Bitkilərin həyatında mühüm rol oynayan amillərdən biri də istilikdir. İstiliksevən bitkilər.Soyuqda inkişaf edə bilməz. Temperatur 0’S- dən aşağı olduqda bitkilərin həyatı Dayanır. Temperaturdan Asılı olaraq bitkilərdə çiçəkləmə dövrü tezləşə və gecikə bilər. Vegetasiya dövrünün uzunluğunu da istilik tənzim edir.
Dostları ilə paylaş: |