Sual 30.Su – Yer üzərində həyatın əsasıdır.
Su yer üzərində ən geniş yayılmış qeyri – üzvi birləşmə olmaqla mühüm Mineraldır. Su bütün həyat prosesinin əsası olub, planetin hərəkətverici amili olan fotosintez prosesinin oksigen mənbəyidir.
Yer səthinin 70,8%- ni okean və dənizlər, 29,2%- ni quru təşkil edir. Ümumi su ehtiyatlarının 93,9%- i dünya okeanından ibarətdir. Dünya suyunun Ümumi həcmi 1370 milyon km’ olduğu halda içməli su göstərilən miqdarın 2,53%- ni təşkil edir. Su relyefin formalaşmasında, yer səthinin görkəminin dəyişməsində xüsusi rol oynayır. Nəhayət su insanın çoxsaylı təsərrüfat fəaliyyətində
Sənaye, kənd təsərrüfatı və energetikada əsas amillərdən biri kimi qiymətləndirilir. Dünya su ehtiyatı 1,46 milyon km – dir. Bunun 96,5%-i duzlu su, 2,2%- i isə içməli sulardır. Planetimizin malik olduğu bütün su ehtiyatı – dünya okeanı, çaylar, göllər və su anbarları, qütb və dağ buzlaqları, torpaqdakı nəmlik və atmosferdəki rütubətin hamısı hidrosferdə jəmlənmişdir. İlk janlı, ilk həyat suda (dənizlərdə) əmələ gəlmişdir. Fransa alimi və yazıçısı Antian de Sent Ekzyuperi Demişdir: „Su, sənin nə tamın, nə rəngin, nə də iyin vardır, lakin çox ləzzətlisən, səni təsvir etmək mümkün deyildir. Sən nəinki həyat üçün lazımsan, sən özün həyatsan”. Təbiətdə hər şeyin əvəzedicisi vardır. Məsələn, metalı plastik kütlə, təbii İpəyi sintetik və süni liflər əVəz edir, lakin suyu heç nə əvəz edə bilməz.
Okean və dəniz suları ərzaq və xammal mənbəyidir, böyük mineral və Kimyəvi sərvətlərə, heyvan və bitki aləminə, tükənməz istilik və enerci imkanlarına Malikdir. Hesablamalar göstərir ki, okean sularında 30 milyard ton biokütlə vardır,Bunun 3 milyard tonunu balıqlar və iri dəniz heyvanları, 15 milyard tonunu isə Yosunlar təşkil edir. Bu təbii ehtiyat 30 – 50 milyard adamı qida ilə təmin edə bilər. Hər bir litr okean suyunda 35 qram duz vardır.
Dostları ilə paylaş: |