Sual 31.Respublikanın su ehtiyatları, yeraltı və yerüstü sular.
Azərbayjanın ilkin su ehtiyatı, orta hesabla 31 -32 km³ə bərabərdir. Su balansının 70 % - dən çoxu tranzit (kənar), qalanı isə yerli sulardır. Öz ərazimizdə formalaşan sular da yeraltı və yerüstü sulara aiddir.
Yerüstü su Ehtiyatlarının əsas mənbəyi Kür, Araz çayları və onların qollarıdır. Respublikanın Su ehtiyatları ilk növbədə şirin su ehtiyatları nəzərdə tutulur.
Respublikamızın şirin su mənbələrindən danışarkən, ərazimizdə olan Çaylarla yanaşı göllər və bulaqlardan istifadə edilməsinə də ehtiyaj yaranır.Respublika ərazisində 8350 – yə qədər çay, 3500 – dən çox təbii bulaq və yüzdən Çox şirin sulu göllərin olmasına baxmayaraq bizim daxili su ehtiyatımızın miqdarı 8,71 km³ Dən artıq deyildir.
Yerüstü sulara Çaylar, göllər və gölməçələr, bataqlıqlar, yeraltı sulara isə artezan, bulaq, kəhriz,Qrut suları aiddir. Azərbayjanın su ehtiyatı məhduddur. Onun çaylarında ildə 32Km³ Su axır. Adambaşına 1900 km³ Şirin su düşür. Su ehtiyatına görə Azərbayjan (respublikalar içərisində) 11 – ci yeri tutur.
Respublikamızın ərazisində 8350 – ə qədər çay vardır. Bu çayların 7860 –Qədərinin uzunluğu 10 km – dən azdır.
Azərbayjanın bütün çayları Xəzər dənizi hövzəsinə aid Olmaqla 3 qrupa bölünür:
Kür hövzəsinə aid olan çaylar;
Araz hövzəsinə aid olan çaylar;
Bilavasitə Xəzər dənizinə tökülən çaylar.
Azerbaycan’ın şimal – şərq, Qobustan və Lənkəran təbii Rayonunun çayları daxildir.
Respublikamızın ərazisindəki bütün çaylar axım Xüsusiyyətinə görə 3 qrupa bölünür:
Bütün il müddətində axım müşahidə edilən çaylar;
Quruyan çaylar – bu çayların fəaliyyəti qarların əriməsindən, şiddətli Yağışlardan və qismən yeraltı sulardan asılıdır.
Müvəqqəti axımlı çaylar – bu çaylarda axım yalnız şiddətli yağışlar zamanı Müşahidə edilir.
Azərbayjan Respublikasının çayları Zaqafqaziyanın digər çaylarından fərqli Olaraq iki tipə ayrılır.
Yerli çaylar – bu çayların axımı bilavasitə respublikanın ərazisində Yaranır.
Tranzit çaylar
Xəzər dənizi yer kurəsinin ən böyük gölü olub, geniş materik Depressiyasında yerləşmiş qapalı su tutarıdır.Hazırda Xəzərin 6500 – 6700 km – lik (adalarla birlikdə 7000km) sahil Xəttində beş dövlət yerləşmişdir. Bu ölkələrdə sahil xəttinin uzunluğu aşağıdakı Kimidir: Azərbayjan Respublikası – 825, Qazaxstan – 2320, İran İslam Respublikası – 900, Rusiya Federasiyası – 695, Türkmənstan – 1200 km.
Meredian boyunja Xəzər dənizinin uzunluğu 1200 km – ə yaxındır, orta eni 310 km, ən böyük eni 435 km, ən kiçik eni 195 km – dir. Hazırda dənizin Səviyyəsi dünya okeanı səviyyəsindən 27,3 m aşağıdır.
Xəzər dənizi on böyük körfəzə malikdir: Komsomolets, Manqışlaq, Qazax,Qara – Boğaz – Göl, Türkmənbaşı, Türkmən, Qızılağaj, Həştərxan, və Qızlar,
Xəzərin İran sahilində iki böyük korfəzi var: Çirkən və Ənzəli (keçmiş pəhləvi).Xəzər dənizinə 130 – dan çox çay axır. Onlardan 9 – u delta xarakterlidir.
Volqa Xəzərə tökülən ən böyük çay sayılır. Səht axınları hüdudlarında bu Çayın suyığma hövzəsinin səhəsi 1000 km2 Dir. Xəzərin əsas limanları: Bakı (ən Böyüyü), Türkmənbaşı, Həştərxan, Mahajqala, Aktan, Atıran, Bədər – Ənzəli, Nouşəhər.
Dostları ilə paylaş: |