Sual 29 .Torpağın eroziyası, ona qarşı mübarizə tədbirləri.
„Eroziya” – latın sözüdür, lüğəti mənası- „yeyilmə” deməkdir. Eroziya suyun, küləyin, digər təbii və antropogen amillərin təsiri nəticəsində də baş verir. Eroziya prosesi torpaqların dağılması, yuyulması, sovrulması, hətta bir çox hallarda torpaq əmələ gətirən suxurların da parçalanması ilə nəticələnir. Eroziyanı torpağın xərçəngi də adlandırırlar. Eroziya prosesini törədən səbəblərə görə o müxtəlif cür Adlanır. Məsələn su, külək eroziyası (və ya deflyasiya), antropogen eroziya, texnogen eroziya və s.
Su eroziyası dağlardan axan selin nəticəsində əmələ gəlir. Dahа şiddətli daşqınların, dərələrin, yamacların əmələ gəlməsi də eroziya növünə aiddir.
Şırım eroziyası əsasən qar örtüyünün surətlə əridiyi dövrdə və güclü leysan yağışları yağarkən əmələ gəlir.
Su eroziyasının bir növü də irriqasiya eroziyasıdır. Eroziyanın bu növü əsasən suvarma dövrü suyun normadan artıq tətbiqi, əsasən selləmə suvarmanın Nəticəsində əmələ gəlir. Ona qarşı müxtəlif Üsullarla mübarizə aparılır. Ən səmərəli mübarizə tədbiri dərin şumlama üsuludur.
Eroziya torpağa çox ziyan vurduğu üçün ona qarşı mübarizə ümumdövlət əhəmiyyətli problemdir. İnsan bitki örtüyünü məhv edir, meşələri qırıb yerində əkin sahəsi yaradır. Meşələr getdikcə seyrəkləşir, mühafizə edici funksiyasını itirir Və torpaq eroziyaya uğrayır. Torpağın eroziyasının qarşısını almaq üçün üç istiqamətdə tədbirlər aparılmalıdır:
1. Eroziyanı törədən səbəbləri aradan qaldırmaq.
2. Eroziya prosesinə qarşı bilavasitə mübarizə tədbirləri və vasitələri tətbiq etmək.
3. Eroziyanın yaranmasına səbəb olan iqtisadi təsirinin mənfi nəticələrini aradan Qaldırmaq.
Eroziyaya qarşı aqrotexniki və hidrotexniki mübarizə aparılır. Bundan başga bitki Örtüyünü qorumaq və meşə meliorasiyasını gücləndirmək də əsas çıxış yolu sayılır.
Torpaqların mühafizəsi kənd təsərrüfatı istehsalının Səmərəliliyinin və yüksəldilməsində əhəmiyyətli problemlərdən biri də torpaqların deflyasiyasının Öyrənilməsi və ona qarşı səmərəli mübarizənin təşkilidir. Deflyasiya və onunla əlaqədar olan dezertifikasiya prosesi daim güclü küləklər əsən quraq Arid iqlimli ərazilərdə, torpaqların mühafizəsi üzrə tədbirlər tətbiq edilmədikdə baş verir. Məşhur qara yel, qum tufanı və s. Deflyasiyanı törədən başlıca amillərdir.
Torpağın çirklənmə mənbələri müxtəlifdir: inşaat materialları, istehsalat tullantıları, dəmir – beton məmulatları, neft və digər qazıntı işləri zamanı dağılan maddələr məişət tullantıları və s.
Tullantılar torpaqda zəhərli maddələrin əmələ gəlməsinə səbəb olur. Nəticədə insanlərin və heyvanların zəhərlənməsi baş verir. Müxtəlif xəstəlikləri torpaqda olan potagen mikroorqanizmlər törədir.
Dostları ilə paylaş: |