Sual 41. Azərbaycanın “Qırmızı Kitab”ı.
Azərbaycan Respublikası”Qırmızı Kitab”ı- Azərbaycan Respublikası ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki Növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. “Qırmızı Kitab” 6 hissədən ibarətdir və özündə nadir və nəsli kəsilmək təhlükəsi olan 14 məməli növü, 36 quş növü, 5 balıq növü, 13 reptili növü, 40 həşərat növü və 140 bitki növü haqda məlumatı əks etdirir. Respublika”Qırmızı Kitab”ına fauna və flora növləri 2 kateqoriya üzrə daxil edilib: yoxa çıxmaq təhlükəsi olan və nadir növlər.
Birinci kateqoriyaya bir sıra mənfi amillərin təsiri nəticəsində sayı və arealı əhəmiyyətli dərəcədə azalan və böhran səviyyəsinə çatan növlər daxildir. Sayı azalmağa doğru meyl edən və kiçik sahələrdə Rast gəlinənən növlər isə nadir növlərə aiddir. Az öyrənilmiş, haqqnda məlumat olmayan, onların mühafizəsinin təşkili işində müəyyən çətinliklər törədən heyvan və bitki növləri də nadir növlər hesab olunur.
Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının”Qırmızı Kitabı”nın hər 10 İldən bir çap olunması nəzərdə tutulub.”Qırmızı Kitab”ın I nəşri 1989-cu ildə həyata Keçirilib.
Azərbaycan Respublikasında nadir və nəsli kəsilməkdə olan fauna və floraların qorunub saxlanılması üçün qoruq və yasaqlıqlar vardır.
Berkut məhdud sahədə, əsasən, yüksək dağlarda yaşayan quşlardandır. Qafqaz tetrası Kiçik və Böyük Qafqazın subalp zonasında, yaşılbaş ördək Xəzərin sahilində, respublikanın su tutarlarında qeydə alınıb. Qaya keçisi Naxçıvanda, ceyran ancaq Şirvan qoruğunda, Bəndovan və Korçayda var.
Respublikanın şirin sularında və Xəzərdə 30 növ balıq ovlanır. Bu balıqların çoxu Kür çayında, Kürün ətrafıindakı göl və axmazlarda, həmçinin Mingəçevir su anbarında tutulur. Ovlanan balıqların əksəri keçici və yarımkeçicidir . Keçici balıqların ən qiymətlisi qızılbalıq, nərə, uzunburun və bölgədir. Xəşəm, şamayı, poru ilanbalığı da belə balıqlardandır. Nərə kimilərin əti və qara kürüsü çox qiymətli hesab olunur.Azərbaycan Respublikasının sularında böyük sənaye əhəmiyyəti olan çapaq, çəki, sıf, naxa, külmə, ziyad və s. Yarımkeçici balıqlar var. Xəzərdə çoxlu siyənək, kilkə və kefal ovlanır. 1959-cu ildən sonra Kür çayında Müxtəlif hidrotexniki qurğular tikilməsi, Kür çayı axarının nizama salınması, Xəzər Dənizi suyunun çirklənməsi və s. Səbəblərdən sənaye əhəmiyyətli balıqların sayı xeyli Azalmışdır. Balıq ehtiyatını bərpa etmək və artırmaq məqsədi ilə respublikada geniş Miqyasda meliorasiya və balıq yetişdirmək üçün 3 zavod (Kürağzı, Şirvan və Kür təcrübə nərə yetişdirmə zavodları) İstifadəyə verilmişdir. 2000-ci İldə Xıllıda , müasir 20 milyon nərəkimi körpəsi yetişdirməyə qadir olan zavod İstifadəyə verilmişdir.
Dostları ilə paylaş: |