1. Ekologiya elmi haqqında anlayış, tarixi, əsas məqsəd və vəzifələri


Sual 44.Ozon təbəqəsinin dağılmasının səbəbləri



Yüklə 87,11 Kb.
səhifə51/52
tarix02.01.2022
ölçüsü87,11 Kb.
#42954
1   ...   44   45   46   47   48   49   50   51   52
ekologiya

Sual 44.Ozon təbəqəsinin dağılmasının səbəbləri.

Dünyanın iri şəhərlərinin atmos-ferində də ozon deşikləri müşahidə edilib. Ozon təbəqəsini aşılayan ən qorxulu birləşmə- xlorflor üzvi maddələrdir.

Günəş enerjisinin təsirilə yeni ozonun yaranmasına baxmayaraq bu qazın mollekulları tərkibində oksigen, azot, hidrogen və brom olan kimyəvi birləşmələrin təsiri ilə dağılır.Bu kimyəvi maddələr insan atmosferi çirkləndirməyə başladığı vaxtdan çox əvvəllər strotosferdə mövcud olmuşdur.Azot birləşmələri quru və okeanlardan çıxır, hidrogen atmosferdə su buxarından əmələ gəlir, xlor və brom okeanlardan metil – xlorid və metil – bromid şəkilində atmosferə daxil olur.

İnsan fəaliyyəti nəticəsində atmosferə tərkibində xlor və brom olan əlavə kimyəvi maddələrin daxil olması nəticəsində təbii dağılma – bərpa prosesi pozulur və strotosfer ozonunun dağılması baş verir. 1996- cı ildə Kaliforniya universitetinin kimyaçı alimləri Şervud və Marionun fikirincə ozon təbəqəsinin dağıdıcısı insan tərəfindən sintez edilən Xlorflor üzvü maddələridir. Xlorflor üzvü maddələri, sənayenin bir çox sahələrində, məişətdə geniş istifadə edilir. Soyuducularda, kondisionerlərdə, laklarin, rəng boyaların və s aerozol qablaşmalarında məhz freonlardan istifadə edilir.

Freonların Tərkibində xlor və bəzən brom da olur.Freonlar alışmayan, partlayıcı, rəngsiz, iysiz qaz və mayelərdir. Suda pis, üzvi həlledicilərdə yaxşı həll olur, turşu və oksidləşdiricilərə qarşı davamlıdır.

Freonlar təsirsiz birləşmələrə aid olduğuna görə fauna- flora üçün zərərsiz sayılır və insan orqanizminə ziyan gətirmir. Lakin xarici mühitin yer səthinə yaxın sahəsində kənar təsirlərə qarşı davamlı və uzunömürlü olduqları üçün gec-tez hava cərəyanı ilə atmosferdə toplanır. Yer səthində bir çox təsirlərə məruz qalan xlor- flor üzvi birləşmələri atmosferin ozonla zəngin qatında ulturabənövşəyi şüalara qarşı tab gətirməyib asanlıqla parçalanır.

Arktika və Antarktidada ozon problemi üzrə beynəlxalq ekspedisiyalarda tədqiqatlar aparan V.Xattatov göstərir ki, strotosferdə sərbəstləşən bir xlor molekulu on min ozon molekulunu tam məhv edə bilər. Yanğın söndürən zamanı tətbiq olunan halonlardan ayrılan brom atomu isə dahа çox azondağıdıcı xassəyə malikdir.Strotosferə daxil olan bir brom atomu 10 000 ozon molekulunu dağıtmağa qadirdir.Təsirsiz olduğuna görə, XFK və holoidkarbonhidrogen molekulları atmosferdə 100 ildən artıq qala bilir.Bu molekulların havadan ağır olmasına baxmayaraq burulğan tipli küləklərin köməyilə atmosfer qatına çata bilirlər.Şimal və Cənub qütblərində, yəni Arktika və Antarktida üzərində müvsümi olaraq strotosfer dumanları mövcudluğu şəraitində və Günəş şüalanması nəticəsində həmin maddələr parçalanaraq ozonu dağıdırlar.Təxminən 1970 – ci illərdən başlayaraq strotosfer ozonunun miqdarının qlobal azalması müşahidə olunur.Antarktikanın bəzi rayonları üzərində sentyabr- oktyabr aylarında ozonun ümumi miqdarı təxminən 60% azalır.hər iki yarımkürənin orta en dairələrində azalma on il ərzində 4-5% təşkil edir.Antarktika üzərində ozon təbəqəsində əmələ gələn «deşiyin» ölçüləri son ildə Afrika qitəsinin sahəsi qədər olmuşdur.

Ozon deşiklərindən düşən günəş rentgen və ulturabənövşəyi şüalar görünən spektr şüalarının enerjisindən 50-100 dəfə yüksək olur. Bu isə meşə yanğınlarının sayını artırır. Bu səbəbdən 1996-cı ildə Rusiyada 2 mln На, Avstraliya, Şim. Və Cən. Amerikada, Afrika, Avropa və Cənubi- şərqi Asiyada da geniş meşə sahələri yanmışdır. Təcrübələrlə sübüt olunmuşdur ki, başqa maddələrə nisbətən xlorflor üzvü birləşmələr ozonu 450 – 600 dəfə çox dağıdır Strotosferdə ozonun azalması təkcə freonlarla əlaqədar deyildir. ABŞ geofizikləri sübut etmişlər ki, atmosferdə ildə artan azot, kükürd, karbon oksidləri və b. Maddələr də ozona mənfi təsir göstərir. Yer kürəsi ilə Günəş sistemi arasında tənzimlənən maqnetizm tarazılığının pozulması, reaktiv təyyarələr, kosmosa buraxılan minlərlə peyk və qurğulardaşıyan nəhəng raketlər, nüvə sınaqları, ildə milyon hektarlarla təbii ozonator hesab edilən meşələrin qırılması və yanğını nəticəsində yox olması və s. Atmosferdə hidroksil birləşmələrin artmasına səbəb olur, nəticədə atmosferin strotosfer qatlarında qazların bir – birinə nisbəti pozulur.




Yüklə 87,11 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin