Sual 10.Yeni sivilizasiyanın mədəniyyəti və əxlaqı.
Mədəniyyət insanların həyat tərzinin təşkili və adaptasiyası kimi onların bir-birinə və təbii mühitə münasibətinin vacib göstəricisidir. Məzmunundan və istiqamətindən asılı olaraq o, xalqları bir-birinə yaxınlaşdıra və ayıra bilər.
Mədəniyyət həm milli, həm də dünyəvi inkişafın əsasını insanla təbiətin harmoniyası təşkil etməlidir. Təkcə mədəni ənənələr deyil, yeni ekoloji mədəniyyətin məqsədyönlü inkişafı da zəruridir. Ekoloji mədəniyyətin ən vacib əlaməti sadəlövh antroposentrizmdən imtina edilməsi və biosferosentrik baxışların qurulduğu baxışlara keçilməsidir. Yəni istənilən problemin həllində üstünlük sosial-iqtisadi amillərə deyil, təbii amillərə verilməlidir. Ekoloji mədəniyyətin ölçüsü kimi ekoloji etika çıxış edir. Ekoloji etikaya əxlaq münasibətləri sferasında «insan-insan», «insan-cəmiyyət» ənənəvi münasibətləri ilə yanaşı «insan-təbiət» münasibətlərinin bir sıra cəhətləri daxil edilmişdir. Ekoloji etikaya məxsus olan əsas xassələr içərisində aparıcı xüsusiyyəti gələcək nəsillərin yaşayacağı təbii mühitə olan qayğı təşkil edir.
Ekoloji etikanın vəziyyəti artıq indi aşağıdakı tələbləri təklif etməyə imkan verir: gələcək nəsillərin yaşaması imkanını pozan istənilən hərəkətdən imtina etmək; təbii mühitin vəziyətinə təsir göstərən qərarların qəbulunda gələcək nəsillər qarşısındakı məsuliyyət ölçüsü aparıcı olmalıdır; indiki nəsillərin mənafeyinə görə gələcək nəsillərə ziyan vurulmasına yol verilməməlidir.
Sivilizasiyanın sonrakı inkişafi üçün insanların həyat fəaliyyəti, onların təşkili qaydası tənzimlənməlidir. Milli mədəniyyət dəyərlərini tamamlayan ümumbəşəri dəyərlərin zəruriliyi aşkar olur. Birləşdirici humanist müddəalar ekoloji etika sayəsində inkişaf edir. Ekoloji etika əsasında təbiətə yeni münasibət, ondan şüurlu, düşüncəli istifadə mədəniyyəti formalaşır.
Dostları ilə paylaş: |