Sual 9 Ekologiya elminin tarixindən əvvəl mühitin öyrənilməsi.
XIX əsrin ortalarına qədər „ekologiya" adlı elm olmayıb. Lakin bitki və heyvanlar öyrənilənkən onların yaşama şəraiti nəzərə alınmışdır. hələ eramızdan əvvəl VI əsrdə qədim yunan filosofu və alimi Aristotel bioloji məqsədəuyğunluq temini yaratmışdır. O. suda yaşayan heyvanları iki qrupa ayırmışdır: ilk su heyvanları və sonradan təkrar su mühitinə qayıtmış heyvanlar. Aristotelin tələbəsi T.Eroziyski botanikanın atası sayılır. O, bitkilərin iqlimdən və torpaqdan asılı olması haqqında geniş tədqiqat aparmışdır. Eramızdan əvvəl IV- V əsrlərdə hippokrat suyun, havanın və torpağın insanlar arasında bir sıra xəstəliyin yayılmasında iştirakını göstərmişdir. Qədim Azərbayjanda ətraf mühitə qayğıkeş münasibət həyatın əsas şərti hesab edilmişdir. Azərbaycan xalqının maddi mədəniyyət abidələrində, folklorunda, dini- fəlsəfi baxışlarında təbiətə doğma münasibət aydın görünür. Eramızdan əvvəl VI əsrdə Avesta qanunlar toplusunda atəşpərəstlik dialist xarakterlidir. Burada xeyir ilə şərin, işıq ilə qaranlığın kəskin mübarizəsi gedir. Təbiət janlılar məhvediji qüvvələrdən qorunur. „Kitabi – Dədə Qorqud" dastanında (VI – VII əsrlər) ətraf mühitə münasibət tam pozitiv olmuşdur: təbiət – insan, insan da təbiət kimi qəbul edilmişdir. İslam dinində bitkilərə, heyvanlara, torpağa, suya və ümumiyyətlə ətraf mühitə qayğıkeş yanaşmaq geniş yer tutur. XVIII əsrdə Y.Byuffon göstərmişdir ki, heyvanların yeni növünün əmələ gəlməsində iqlimin təsiri və qidanın keyfiyyəti böyük əhəmiyyətə malikdir. Y.B.Lamarka görə xariji faktorun təsiri janlı təbiətin təkamülünün əsas səbəblərindən biridir. XIX əsrin əvvəllərində A.humboldt bitkilərin həyatında ətraf mühitin əhəmiyyətini araşdırmaqla biojoğrafiyada yeni istiqamət açmış, eyni coğrafi ərazidə olan müxtəlif bitkilərdə oxşar xariji görünüş yarandığını göstərir.
Ətraf mühitin əhəmiyyətinə görə rus biolqu K.F.Rulye səviyyəsində tədqiqat aparan Ç.Darvin ömrünün son dövründə janlı təbiətin təkamülündə ətraf mühitin birbaşa təsirinin böyük əhəmiyyətini açıq etiraf etmişdir. Azərbayjan təbiətşunası həsənbəy Zərdabi bitkilərin və heyvanların yayılmasında və həyatında ətraf mühitin əhəmiyyətinə yüksək qiymət vermişdir. XIX əsrin birinji yarısında janlı təbiətə dair elmlər (zoologiya, botanika, anatomiya, fiziologiya) bir- birinə qovuşmuş, ümumi biologiya yaranmış, orqanizm ilə mühitin vəhdəti aşkar edilmişdir. Təbii bitkilərin saxlanılması üçün qoruqların yaradılması dərk edilmişdir.
Dostları ilə paylaş: |