Sual 6. Təbiət, təbii şərait və ətraf mühit anlayış.
Təbiət dedikdə bizi əhatə edən maddi aləm nəzərdə tutulur.Təbiət cəmiyyətin yaşaması və məhsuldar istehsal qüvvələrinin inkişafı üçün maddi Və mənəvi nemətlər mənbəyidir. Təbiət materianın bir hissəsidir: qazlardan,Mayelərdən, sulardan, bərk cisimlərdən, dalğalardan və canlılardan ibarətdir.Canlılar cansızlardan əmələ gəlmişdir. Cansız təbiəti təşkil edən əsas kimyəvi Elementlər canlıların tərkib hissəsidir. Lakin cansız ilə canlı arasında çoxlu fərq var.Canlıların bədəni hüceyrədən və hüceyrə qruplarından təşkil olub, cansızların isə Hüceyrəsi yoxdur. Janlılar qidalanır, jansızlar isə qidalanmır. Canlılar tənəffüs edir, Yəni bir qazı havadan qəbul edib, başqa qazı xaric edir. Lakin cansız predmetə hansı Qaz daxil olursa, həmin qaz da çıxır, heç bir mübadilə getmir və s.Maddələr mübadiləsi etməyən və yeni nəsl verə bilməyən nə varsa təbiətə aiddir. Materiya maddələrdən, maddələr molekullardan, onlar isə Atomlardan ibarətdir. Həyat materiyanın maddələr mübadiləsindən və özünəoxşar nəsl Verməsindən ibarətdir, bunu edə bilən isə nuklein turşuları və zülallardır.Təbiət insan cəmiyyətinin mövcudluğunu təmin edən təbii şərait Amillərinin məcmusudur.
Təbii Şərait əlverişli və ya ağır olub, cəmiyyətin təsərrüfat fəaliyyətinin istiqamətini, İntensivliyini və inkişaf dərəcəsini təyin edir.
Ətraf mühit anlayışı insanı əhatə edən təbii ekosistemi, təbiətin əsas komponentlərini (hava, su, torpaq, bitki və heyvanlar aləmini və s.) təbii landşaftı və s. Mühit amillərini əhatə edir. Ətraf mühit insanın sağlamlığını, normal həyat və təsərrüfat Fəaliyyətini, cəmiyyətin sosial – psixoloji durumunu təyin edir.
Dostları ilə paylaş: |