2. Yer səthinin işıqlanması – Yerin firlanması Nəticəsində günün işıqlı və qaranlıq vaxtları dövrü olaraq növbələşir. İşıqlanma bütün canlılar üçün həyatı əhəmiyyətə malikdir və orqanizmlər fizioloji olaraq gecə və gündüzə uyğunlaşmışdır. Bütün canlıların gecə və gündüzlə bağlı gündəlik Fəallıq ritmi mövcuddur.
3.Atmosfer nəmliyi-onun tərkibindəki su buxarının miqdarı ilə müəyyən edilir. Yer atmosferində 12000 – 13000 km³ su buxarı olur. Buxarlanma prosesi su malekullarının şişmə qüvvəsini dəf edərək susəthindən ayrılması və atmosferə keçməsi ilə bağlıdır. 1 m havanın tərkibində Olan su buxarının miqdarına mütləq nəmlik (q/m³) deyilir. Hər hansı müəyyən Temperaturda havanın su buxarı ilə doyma həddinə maksimal nəmlik deyilir. Maksimal nəmliklə mütləq nəmlik arasındakı fərq nəmlik qıtlığı adlandırılır. Nəmlik qıtlığı yüksəldikcə quraqlıq da artır .
Yağıntılar havanın nəmliyi kondensasiya və sublimasiya prosesləri nəticəsində baş verir. Kondensasiya su buxarının su damcılarına Çevrilməsi prosesidir. Bu proses atmosferdə 100%- ə yaxın nisbi nəmlik olduqda Temperaturun aşağı düşməsi zamanı baş verir. Suyun buxar halından bərk halına keçməsi, sublimasiya adlanır.