Abiotik amillər canlı orqanizmə bir başa təsir göstərən cansız təbiət təzahürləridir . O iqlim, torpaq- suxur və su mühiti amillərinə bölünür.
Havanın çoxillik rejiminə iqlim deyilir. Yerin iqlimi olduqca müxtəlifdir,o bir sıra amillərə səciyyələndirilir :
1.Günəşin şüalanma enerjisi.Günəşdən daxil olan şüalanma enerjisi Yerin ümumi enerji Balansının 99,9%- ni təşkil edir və fəzada elektromaqnit dalğaları şəklində yayılır. Həyat üçün infraqırmızı şüalar, fotosintez prosesi üçün isə çəhrayi – qırmızı və ultrabənövşəyi şüalar əhəmiyyətlidir. Yer səthinə düşən Günəş enerjisinin miqdarı günün uzunluğu, şüaların düşmə bucağı, atmosferin şəffaflığı və s. Parametrlərdən aslıdır.