Atmosfer təzyiqi – atmosferin Yer səthinə və cisimlərə etdiyi təzyiqdir. Atmosfer təzyiqi Paskalla (Pa) ölçülür . Dəniz səviyyəsindən yüksəkliyə qalxdıqca atmosfer təzyiqi azalır, çünki, 20 km yüksəklikdə havanın xüsusi çəkisi 4 q/m° təşkil edir və uyğun olaraq təzyiq də azalır.
Torpaq qatının abiotik amilləri– Torpaq yerin hava mühiti ilə təmasda olan nazik səth qatıdır. Torpağın bərk hissəcikləri arasındakı Məsamələr qaz qarışıqları və su məhsulları ilə dolaraq çoxsaylı mikro və makroorqanizmlərin həyatı üçün əlverişli şərait yaradır. Torpaqda bitki qalıqları və heyvan jəsədlərinin parçalanması nəticəsində üzvi Və mineral maddələrin ehtiyatı toplanır. Bu isə öz növbəsində torpağın həyatla Zəngin olmasını təmin edir. Torpaq üçün aerasiya böyük əhəmiyyət kəsb edir.