1. Ekologiya elmi haqqında anlayış, tarixi, əsas məqsəd və vəzifələri


Sual 19.Canlı orqanizmlərin ümumi təsir qanunları. (Libix və Şelford qanunları)



Yüklə 87,11 Kb.
səhifə26/52
tarix02.01.2022
ölçüsü87,11 Kb.
#42954
1   ...   22   23   24   25   26   27   28   29   ...   52
ekologiya

Sual 19.Canlı orqanizmlərin ümumi təsir qanunları. (Libix və Şelford qanunları)

LİBİX QANUNU („minimal tələb” qanunu). 1840-cı ildə alman Aqronomu C.Libix kəşf etmişdir. Bu qanuna görə bitkilərin məhsuldarlığı və onun stabilliyi Torpaqla bol olan qida maddələrindən yox, minimal miqdarda olan maddələrdən (mikroelementlərdən) asılıdır. Bitkiyə lazım olan bir maddə çatışmayan torpaqda digər qida maddələrinin bolluğu faydasızdır. Hətta zərəlidir. Libix qanunu ekoloji Faktorların hamısına aid edilə bilər. Torpağın kimyəvi tərkibini öyrənmədən sahəyə verilən kübrələri faydasız, bəzən zərərlidir. Torpaqdakı artıq azot, kükürd və üzvi maddələr çaya, gölə tökülür. Belə sularda göy – yaşıl yosunlar kütləvi çoxalır. Nəticədə yəni suyun bioloci çirkənməsi güclənir. Elektrik stansiyaları və başqa istilik mənbələri vasitəsilə suyun qızdırılması yosunları dahа da inkişaf etdirib, əsl ekoloji Partlayışa səbəb olur. Belə sudan balıqçılıqda və başqa təsərrüfat üçün istifadə Etmək faydasızdır. Qorxulu ekoloci partlayışların profilaktikası onun əmələ gəlməsində əsas rol oynayan ekoloji faktorları bilmək vacibdir.

ŞELFORD QANUNU

(dözümlülük qanunu). 1913- cü ildə İsveçrəli Botanik V.Şelford kəşf etmişdir. Bu qanununa görə müəyyən yerdə hər hansı canlının ləng inkişaf Etməsinə səbəb təkcə ətraf mühit faktorlarının çatışmazlığı deyil, həm də artıqlığıdır. Ona görə orqanizmin ətraf mühitdən tələbləri iki şərtlə ölçülür: a) minimal ekoloji tələb; b) maksimal ekoloji tələb. Bu iki tələb arasındakı şərait orqanizmin dözümlülük həddi adlanır. Hər bir faktorun təsirinə qarşı orqanizmdə Müəyyən dözümlülük həddi əmələ gəlir. Deməli faktorun orqanizmə təsiri nə az, Nə də çox deyil, optimal olmalıdır . Canlıların dözümlülük həddilə əlaqədər bir neçə ekoloji qanunauyğunluq vardır;

1. Canlıların dözümlülük həddi bir faktora qarşı geniş, başqa faktora qarşı məhdud ola bilər.

2. Arealı geniş olan növlər bir neçə faktora qarşı dözümlü olur.

3. Ətraf mühitdən canlıya təsir edər hər hansı ekoloji faktor optimal olmayanda, onun digər ekoloji faktorlara da dözümlülük həddi məhdudlaşır.

4. Laboratoriya şəraitində əsas rol oynayan ekoloji faktor (məsələn, işıq) təbiətdə rəqabətin yırtıcıların , parazitlərin və başqa faktorların təsiri altına düşüb İkinci dərəcəli ola bilər. Yəni təbiətdə faktorların təsiri bir – birindən asılıdır.

5. Orqanizmin dözümlük həddi onun inkişaf mərhələsindən və yaşından asılı olaraq dəyişə bilər. Subay fərdlərin dözümlük həddi nəsl verənlərə nisbətən geniş olur. Konkret növ canlının dözümlük həddini bildirmək üçün steno (dar) və evri (geniş) sözlərindən istifadə edilir.


Yüklə 87,11 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin