Sual 20. Sinekologiyada növlərin qruplaşdırılmasının müxtəlif prinsiplari.
Biosenozların ekologiyası başqa sözlə sinekologiya deməkdir. Sinekologiya növlər qrupunu növlərarası münasibətləri öyrənir. Sinekologiyada növlərin qrup- Laşdırılmasının müxtəlif prinsipi ola bilər:
Taksonomik qruplar, yəni qohumluğa görə olan qruplar.Məs, balıqların ekologiyası, quşların ekologiyası, gülçiçəklilərin ekologiyası və s.
Hərəkət qaydasına görə olan qruplar: suda üzənlərin ekologiyası, ağaca dırmananların ekologiyası, uçanların ekologiyası və s.
Yem xarakterinə görə olan qruplar: həşərat yeyənlərin ekologiyası, balıq yeyənlərin ekologiyası, parazitlərin ekologiyası və s.
Yaşama yerinə görə olan qruplar: meşə heyvanlarının ekologiyası, çöl heyvanlarının ekologiyası, su bitkilərinin ekologiyası və s.
Mühitə görə olan qruplaşmalar: suyun ekologiyası, havanın ekologiyası, Torpağın ekologiyası və s.
Nəsil vermə qaydasına görə olan qruplar: partenogenez heyvanların ekologiyası, hermofrodit heyvanların ekologiyası və s.
Sosioloci xarakterinə görə olan qruplar: monoqam və poliqam heyvanların Ekologiyası, ailəvi yaşayan heyvanların ekologiyası və s.
Məskən salmasına görə olan qruplar: oturaq heyvanların ekologiyası, köçəri Heyvanların ekologiyası və s.
9. Sutqalıq fəallığına görə olan qruplar: gündüz heyvanların ekologiyası, gejə Heyvanların ekologiyası, alaqaranlıq heyvanların ekologiyası.
10. Yemləmə qaydasına görə olan qruplar: havada yemlənən heyvanların Ekologiyası, ağajda yemlənənlərin ekologiyası, yerdə yemlənənlərin ekologiyası, Suda yemlənənlərin ekologiyası və s.
11. Təkamül səviyyəsinə görə olan qruplar: təkhüjeyrəlilərin ekologiyası, Çoxhüjeyrəlilərin ekologiyası, kəlləlilərin ekologiyası və s.
12. Biomorflara həyat formalarına görə olan qruplar: ot bitkilərinin ekologiyası, kolların ekologiyası, ağacların ekologiyası və s.
Yunan dilində Bios – həyat, kaynos ümumi deməkdir. Biosenoza «böyük orqanizm» demək düzgün deyil, o canlı maddənin xüsusi əlaqə səviyyəsidir. Konkret növün hansı biosenoza aid olub-olmamasının bir neçə şərti var:
1) biosenozun sahəsində həmin növün yer tuta bilməsi;
2) onun tutduğu yerdə özünə yararlı resurs olması;
3) başqa növlərin rəqabətinə dözə bilməsi.
İlk dəfə K. Myobius biosenoz sözünü elmə daxil etmiş, sonralar bu anlayışı onurğalı heyvanların həyat birliklərinə geniş tətbiq etmişdir. Biosenoz konsepsiyasının əsas əlaməti canlılar arasındakı əlaqədir, özü də növdaxili və növlərarası əlaqənin kompleksidir. Məhz bu əlaqənin öyrənilməsi biogeosenoz və ekosistem konsepsiyalarını yaratmışdır. Biosenoz biogeosenozun canlılardan ibarət olan hissəsidir. Başqa sözlə biosenoz biotopun sakinləridir, biotop isə ətraf mühitin ən kiçik ekoloji vahididir.
Biosenoz – qarşılıqlı əlaqədə olan və digər məskunlaşmış orqanizmlərin məcmusudur. Biosenoz özündə heyvanları, bitkiləri və mikroorqanizmləri birləşdirir.
Biosenozlar 2 böyük qrupa ayrılır: təbii və antropogen biosenozlar. Biosenozun quruluşu və funksiyası təkamül prosesində formalaşır. Ona görə də təbii biosenozlar – məsələn meşə biosenozu, çay biosenozu, çöl biosenozu və s. stabil olduqları halda antropogen biosenozlar – tarla biosenozu, bağ biosenozu, su anbarı Biosenozu və s. dəyişkən olurlar. Antropogen biosenozlara çox vaxt aqrosenoz deyilir.
Dostları ilə paylaş: |