1. Ekologiya haqqında ümumi məlumatlar. Ekologiya yunan mənşəli söz olub oikos – «yaşayış yeri»



Yüklə 400,34 Kb.
səhifə3/33
tarix02.01.2022
ölçüsü400,34 Kb.
#42710
1   2   3   4   5   6   7   8   9   ...   33
EKOLO

3. Ekoloji amillərin təsnifatı


Mühitin canlı orqanizmlərə təsir göstərən ayrı-ayrı xassələri və ya elementləri ekoloji amillər adlanır. Amillərin müxtəlifliyi onları üç qrupa bölməyə imkan verir: abiotik, biotik və antropogen. Abiotik amillər: Onlar cansız təbiətin təsirini əhatə edir, bitki və heyvanların həyatına və yayılmasına təsir göstərir. Onlar üç qrupa bölünür: iqlim, kimyəvi və edafik (torpağın fizikimexaniki xüsusiyyətləri).



İqlim amilləri – heyvanlar və bitkilər üçün ən vacib amildir. Onlara Günəş enerjisi, temperatur, rütubət, təzyiq və digər amillər aiddir. Günəş enerjisi elektromaqnit dalğaları şəklində yayılır. Günəş şüalarının spektri bioloji təsirinə görə fərqlənən görünən hissə (48%), infraqırmızı şüalar (45%) və ultrabənövşəyi şüalara (7%) bölünür. Temperatur birbaşa Günəş enerjisi ilə bağlıdır. Müxtəlif bitki və heyvanların böhran temperaturu çox geniş dəyişir. Temperatur dəyişmələri (sutkalıq və fəsillik) bitki və heyvanların uyğunlaşma reaksiyalarını yaradır. Canlı orqanizmlər fizioloji olaraq işıq təsirinin siklik xarakterinə − gündüz və gecənin dəyişməsinə uyğundur. Belə ki, səhrada qum səthində temperatur 60°C-yə qalxa bilir, Şərqi Sibirdə isə havanın temperaturu mənfi 70°C-yə enir. Ümumiyyətlə, +50-dən -50°C-yə qədər temperatur diapazonu biosferdə temperatur şəraitinin fundamental xarakteristikası hesab olunur, hərçənd bu parametrlərdən kənara çıxmalar da olur. Havanın mütləq rütubətliyi (nəmliyi) havanın vahid həcmində (1m 3 ) olan su buxarının qramla miqdarı, nisbi rütubətliyi isə – verilmiş temperaturda havada olan su buxarının miqdarının termodinamik müvazinət halında ola biləcək maksimal miqdarına nisbətinin faizlə ifadəsidir.


Yüklə 400,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin