1. Ekologiya haqqında ümumi məlumatlar. Ekologiya yunan mənşəli söz olub oikos – «yaşayış yeri»



Yüklə 400,34 Kb.
səhifə5/33
tarix02.01.2022
ölçüsü400,34 Kb.
#42710
1   2   3   4   5   6   7   8   9   ...   33
EKOLO

Edafik amillər: Torpağın fiziki-mexaniki xüsusiyyətlərini müəyyən edir. Edafik amillər bitkilərin böyümə və inkişafı şəraiti sayılır. Onlar kimyəvi və fiziki amillərə bölünür. Kimyəvi amillərə – torpağın reaksiyası, duz rejimi, udma qabiliyyəti, torpağın elementar kimyəvi tərkibi və udulmuş kationların tərkibi; fiziki amillərə torpağın su və hava rejimləri, nəmliyi, temperaturu, torpağın sıxlığı və qalınlığı, qranulometrik tərkibi, strukturu, məsaməliyi, hava keçirmə qabiliyyəti və s. aiddir. torpağın fiziki-mexaniki xüsusiyyətlərini müəyyən edir. Edafik amillər bitkilərin böyümə və inkişafı şəraiti sayılır. Onlar kimyəvi və fiziki amillərə bölünür. Torpağın reaksiyası - dedikdə torpaq hissəciklərinin müxtəlif qidalandırıcı elementləri özünə cəzb etmək xüsusiyyəti başa düşülür. Torpağın reaksiyası torpaq məhlulunun turşuluğu, yəni H + və hidroksidin OH − konsentrasiyası ilə müəyyən edilir (pH). Bitki və heyvanlar üçün neytral reaksiya (pH = 7) daha əlverişli sayılır. Torpağın strukturu və məsaməliyi qida maddələrinin bitki və heyvanlar üçün istifadə edilə bilmə dərəcəsini müəyyən edir.

Humus – bitki və heyvan qalıqlarının bioloji parçalanması nəticəsində yaranan üzvi maddədir, o torpağın üst qatında toplanır. Bitkilərin əsas qidalanma mənbəyidir. Humusda eyni zamanda mikroelementlər də toplanır. Torpaq istismar olunduqda humusun miqdarı azalır, buna görə də müxtəlif gübrələr əlavə olunmalıdır.

Biotik amillər - canlı təbiətin amillərini əhatə edir. Onların mənbəyi canlı orqanizmlərin bir-birinə və yaşayış mühitinə birbaşa və ya dolayı təsiridir. Biotik amillər bir orqanizmlərin həyat fəaliyyətinin digər orqanizmlərin həyat fəaliyyətinə təsirlərinin məcmusu olmaqla bərabər, həm də cansız mühit məkanına təsiridir. Cansız mühitə təsir dedikdə, orqanizmlərin özlərinin müəyyən dərəcədə mövcud olduğu şəraitə təsir qabiliyyəti başa düşülür.

Biotik amillər üç qrupa bölünür: fitogen, zoogen və mikrobiogen.




Yüklə 400,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin