1. Ekologiya haqqında ümumi məlumatlar. Ekologiya yunan mənşəli söz olub oikos – «yaşayış yeri»



Yüklə 400,34 Kb.
səhifə4/33
tarix02.01.2022
ölçüsü400,34 Kb.
#42710
1   2   3   4   5   6   7   8   9   ...   33
EKOLO

Kimyəvi amillər: Mühitin tərkibi ilə əlaqədar təsir göstərir və atmosferin qaz tərkibi, suyun duzluluq tərkibi, suyun və torpağın turşuluğunu əhatə edir. Atmosferin qaz tərkibi öz kimyəvi xüsusiyyətinə görə canlı orqanizmlərin yaşaması üçün birinci dərəcəli əhəmiyyətə malikdir. Atmosfer mühiti az sıxlığa, cüzi dayaqlığa malikdir. Odur ki, orada yaşayan bütün orqanizmlər yer səthi ilə bağlıdır. Oksigen tənəffüs və oksidləşmə proseslərini təmin edir, lakin havada miqdarının çox olması səbəbindən o biosferin inkişaf amilini məhdudlaşdıran amil deyil. Azot orqanizmdə zülal strukturlarının yaranmasında iştirak edən çox vacib biogen element rolunu oynayır. Karbon qazı istiliyi yerin səthində saxlayır, onun çatışmamazlığı fotosintez proseslərini tormozlayır, lakin karbon qazı çox olduqda bitkilərin zəhərlənməsinə səbəb olur. Su mühitinin sakinləri üçün ən vacib amillərdən biri suyun duzluluq tərkibidir. O həll olmuş karbonatlar, sulfatlar, xloridlərlə müəyyən olunur. Şirin suda adətən kiçik miqdarda karbonatlar olur. Dəniz suyunda əsasən xloridlər, qismən isə sulfatlar olur. Okean suyunda duzların konsentrasiyası orta hesabla 35q/litr olur. Su və torpaq hidrogen ionlarının miqdarından asılı olaraq müxtəlif turşuluqda olur. Onun dəyişməsi orqanizmlərin ölməsinə və ya nadir hallarda bir növün digəri ilə əvəz olunmasına səbəb olur.


Yüklə 400,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin