21. Avtomobil nəqliyyatının hərəkət edən mənbələrindən ətraf mühitə atılan çirkləndirici maddələr.
Ətraf mühitin çirklənməsində avtomobil nəqliyyatı başlıca rol oynayır. Avtomobil nəqliyyatı əsas etibarı ilə atmosferi çirkləndirir. Çirklənmə üç yolla baş verir:
− çıxış borusundan xaric olunan işlənmiş qazlarla;
− karter qazları ilə;
− yanacağın mühərrikin qidalanma sistemindən (çəndən, karbüratordan, süzgəclərdən, boru xətlərindən) buxarlanması ilə.
Nəqliyyat vasitələrinin hərəkəti zamanı havanın çirklənməsi yanacağın yandırılması hesabına baş verir.Avtomobil nəqliyyatı biosferi zəhərləyicidir. Məsələn, bir avtomobil bir ildə 15 min km yürüş etdikdə orta hesabla 1,8 ton benzin yandırır ki, bu benzinin alınması üçün 3 ton neft lazım gəlir. 1 kq benzinin yanması üçün 14,7 kq hava tələb olunur. Bu nisbəti və oksigenin havada miqdarını nəzərə alsaq avtomobilin il ərzində işlədəcəyi havanın hesabı miqdarı 27 ton, o cümlədən 5,6 ton oksigen təşkil edir. Hazırda Dünyada avtomobillərin sayının 1 mlrd-a çatdığını nəzərə alsaq avtomobil nəqliyyatının ehtiyacı üçün 3,0∙109 ton neft və 27∙109 tondan çox hava lazım olduğu məlum olur.
Dostları ilə paylaş: |