1 Elektron xidmətin icra müddəti: 1-10 gün Elektron xidmətin göstərilməsinin nəticəsi: Pensiya təyinatı və pensiya növünün dəyişdirilməsi üçün



Yüklə 47.8 Kb.
PDF просмотр
tarix06.05.2017
ölçüsü47.8 Kb.

:

Elektron xidmət qismən avtomatlaşdırılmışdır. 

 

1.7. Elektron xidmətin icra müddəti:  



1-10 gün 

 

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:  



Pensiya təyinatı və pensiya növünün dəyişdirilməsi üçün.  

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi 

  

2.1. Elektron xidmətin növü: 



İnteraktiv. 

  

2.2. Elektron xidmət üzrə ödəniş:  



 a) ödənişsiz  



 b) ödənişli 

 

2.3. Elektron xidmətin istifadəçiləri: 



Fiziki şəxslər. 

  

2.4. Elektron xidmətin təqdim olunma yeri: 



https://www.ehdis.az 

  

2.5. Elektron xidmət barədə məlumatlandırma: 



http://www.sspf.gov.az/eservices (http://www.dsmf.gov.az/eservices)  

email:  info@sspf.gov.az 

tel.: 

190  

 

 



2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma 

forması: 



Yaşa görə pensiya növü üzrə: 

-  Ərizə (Reqlamentə 1 nömrəli Əlavə); 

-  Pensiya təyin edilməsi üçün müraciət edən şəxsin  yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi); 

-  Ümumi iş (sosial sığorta)  stajını təsdiq edən sənədlər. 



Bundan başqa zəruri hallarda aşağıdakı sənədlər təqdim olunmalıdır: 

 Uuşaqların doğulması (o cümlədən sağlamlıq imkanları məhdud uşağın) və onların 8 yaşadək    tərbiyə 

olunmaları haqqında arayış; 

-  Atanın  5  və  daha  çox  uşağı  növbəti  nikah  bağlamadan  təkbaşına  8  yaşınadək  tərbiyə  etməsinə 



dair arayış; 

-  Ərizəçinin  vəfat  etmiş  ananın  uşağını  təzə  ailədə  8  yaşına  çatanadək  faktiki  tərbiyə  etməsini 



təsdiq edən sənəd; 

-  -Ərizəçinin  “Əmək  pensiyaları  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  19-cu 



maddəsinə əsasən əmək pensiyasının baza hissəsinə əlavə hesablanmasına hüququnu təsdiq edən 

sənədlər  

Əlilliyə görə pensiya növü üzrə: 

-  Ərizə (Reqlamentə 1 nömrəli Əlavə); 

-  Pensiya təyin edilməsi üçün müraciət edən şəxsin  yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi); 

-  Ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər; 

-  Tibbi-Sosial  Ekspert  Komissiyasının  əlilliyi  (sağlamlıq  imkanlarının  məhdudluğunu)  təsdiq 

edən müayinə aktından çıxarış; 

-  Müddətli  hərbi  xidmətdə  olan  hərbi  qulluqçuya  əlilliyə  görə  pensiya  təyin  edilməsi  barədə 



ərizəyə  hərbi  qulluqçunu  hərbi  uçotdan  çıxarmış  hərbi  komissarlıq  tərəfindən  təsdiq  edilən  və 

verilən xəstəlik haqqında şəhadətnamənin surəti və ya hərbi-tibbi komissiyanın arayışı; 

-  Əlillik hərbi qulluqdan buraxıldıqdan sonra baş vermişdirsə, xəstəlik haqqında şəhadətnamənin 



surəti əvəzinə hərbi qulluq keçmək haqqında hərbi komissarlıq tərəfindən verilən arayış. 

Bundan başqa zəruri hallarda aşağıdakı sənədlər də təqdim olunur: 

-  Ərizəçinin  “Əmək  pensiyaları  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  19-cu 



maddəsinə əsasən əmək pensiyasının baza hissəsinə əlavə hesablanmasına hüququnu təsdiq edən 

sənədlər. 

 

Ailə başçısını itirməyə görə pensiya  növü üzrə: 

-  Ərizə (Reqlamentə 1 nömrəli Əlavə); 

-  Pensiya təyin edilməsi üçün müraciət edən şəxsin  yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi); 

-  Ailə üzvlərinin vəfat etmiş  ailə başçısı ilə qohumluq münasibətlərini təsdiq edən sənəd; 

-  Ailə  başçısının  ölümü  barədə  vətəndaşlıq  vəziyyəti  aktlarının  dövlət  qeydiyyatını  aparan 

orqanın  şəhadətnaməsi və ya onun itkin düşməsini təsdiq edən sənəd; 

-  Ailə başçısının yaşı barədə sənəd (əgər ölüm şəhadətnaməsində yaş göstərilməmişdirsə); 

-  Vəfat etmiş (həlak olmuş)  ailə başçısının ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənəd. 

Bundan başqa zəruri hallarda aşağıdakı sənədlər də əlavə olunur: 

-  Yaşı 18-dən 23-ə qədər olan ailə üzvlərinin təhsil müəssisələrinin əyani şöbəsində oxuduqlarını 



təsdiq edən sənəd; 

-  Vəfat  edənin  8  yaşına  çatmamış  uşaqlarına,  qardaşlarına,  bacılarına  və  ya  nəvələrinə  qulluq 



edən  ata  (ana),  ər  (arvad),  baba,  nənə,  qardaş  və  bacının  işləmədiyi  barədə  yaşayış  yerindən 

arayış; 

-   Müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların ailələrinə pensiya təyin edilməsi üçün verilən 



ərizəyə  hərbi  hissədən  və  ya  rayon  (şəhər)  hərbi  komissarlığından,  Azərbaycan  Respublikası 

Müdafiə Nazirliyinin müvafiq idarə və müəssisəsindən hərbi qulluqçunun ölüm faktını, eləcə də 

ölüm tarixi və səbəbini təsdiq edən və ya hərbi qulluqçunun itkin düşdüyü barədə  sənəd; 

-  Ailə başçısı hərbi qulluqdan buraxıldıqdan 3 ay keçəndən sonra vəfat etmişdirsə və onun ölümü 



hərbi qulluq dövründə alınmış yaralanma, kontuziya və ya xəstəlik nəticəsində baş vermişdirsə, 

bu barədə tibbi-sosial ekspert komissiyasının  rəyi; 

-  Ərizəçinin  “Əmək  pensiyaları  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  19-cu 



maddəsinə əsasən əmək pensiyasının baza hissəsinə əlavə hesablanmasına hüququnu təsdiq edən 

sənədlər. 

Qeyd: Bütün təqdim olunan sənədlərin surətləri notarial qaydada təsdiq olunmalıdır. 

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar 

3.1. İnformativ növlü elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi 

hər hansı qaydada məhdudlaşdırılmır. 

3.2. İnteraktiv elektron xidmətlər uçun sorğu: 

3.2.1. Əmək pensiyası hüququ olan şəxslər yaşa görə əmək  pensiyası, əlilliyə görə əmək pensiyası, ailə 



başçısını itirməyə görə əmək pensiyasının təyin olunması və pensiya növünün dəyişdirilməsi üçün 

Dövlət Sosial Müdafiə Fondunun orqanlarına elektron müraciət edəcəklər. 

 

3.2.2. Sorğunun qəbulu. 



Elektron  xidmətin  göstərilməsi  ilə  bağlı  əmək  pensiyası  hüququ  olan  şəxs  tərəfindən  elektron  formada  

göndərilmiş  müvafiq  ərizə  formasının  və  qanunvericiliklə  müəyyən  edilmiş  digər  sənədlərin  skan 

olunmuş  surəti  Dövlət  Sosial  Müdafiə  Fondu  tərəfindən

 

qəbul  edilir,  bu  barədə  sənəd  göndərən  şəxsə 



təsdiqetmə  bildirişi  göndərilir  və  həmin  sənədlərə  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  və 

müddətdə baxılır. 

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi: 

3.3.1. Xidmətdən istifadə üçün lazım olan fərdi eyniləşdirmə məlumatları düzgün daxil edilmədikdə 

xidmətdən istifadə mümkün deyildir.  

 

3.4. Sorğunun icrası: 

3.4.1. Əmək pensiyası hüququ olan şəxs tərəfindən elektron formada göndərilmiş müvafiq ərizə forması 

Fondun aidiyyəti struktur bölməsi tərəfindən qanunvericiliyə uyğun olaraq icraya qəbul edilir. 

 

3.4.2.  Hər  bir  inzibati  əməliyyatın  məzmunu,  yerinə  yetirilmə  müddəti  və/və  ya  maksimal 



yerinə yetirilmə müddəti: 

1-10 gün 

 

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat; 



İnzibati əməliyyatda digər dövlət orqanı iştirak etmir. 

 

3.4.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası. 



Hər bir inzibati prosedurun nəticəsi barədə ərizəçiyə elektron formada bildiriş göndərilir. 

 

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: 



Xidmətin yerinə yetirilməsinə nəzarəti Dövlət Sosial Müdafiə Fondu həyata keçirir. 

 

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: 



3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat; 

Elektron xidmətin göstərilməsi ilə bağlı ərizəçinin  şikayət etmək hüququ vardır. 

 

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya; 



Şikayət etməyə səbəb olan məsələ barədə informasiyanı ərizəçi dəqiq bildirməlidir. 

 

3.6.3. Şikayətin baxılma müddəti. 



Şikayətə 15-30 gün müddətində baxılır. 

 

Reqlamentə 1 nömrəli Əlavə 

 

“Əmək 


pensiyaları 

haqqında” 

Azərbaycan 

Respublikası  Qanununa  əsasən  əmək  pensiyalarının 

təyin  edilməsi,  sosial  sığorta  stajının  müəyyən 

olunması, 

əmək 

pensiyası 



sənədlərinin 

rəsmiləşdirilməsi, 

baxılması 

və 


saxlanılması 

Qaydaları”na 1 nömrəli əlavə 



 

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu  

 

_____________________________________________________________________ şöbəsinə 

_____________________________________________________________________________ 

ərizəçinin soyadı, adı, atasının adı 

______________________________________________________________ünvanda yaşayan 

_______________________________________________________________________telefon 

Şəxsiyyət vəsiqəsi______________ N-_______________       __________________________  

 

seriya 



nömrə  

doğulduğu tarix  

___________________________________     ________________________________________ 

 

şəxsiyyət vəsiqəni verən orqanın adı 



şəxsiyyət vəsiqənin verildiyi tarix 

Ə R İ Z Ə  

 

Xahiş edirəm mənə (yaşa görə), (əlilliyə görə), (ailə başçısını itirməyə görə) əmək pensiyası təyin 



edəsiniz, digər pensiya növünə keçirəsiniz, pensiyadan pay ayırasınız (lazım olmayanları pozmalı). 

Hal-hazırda işləyirəm, işləmirəm (lazım olmayanı pozmalı). 

Mənə məlumdur ki, qüvvədə olan qanunvericiliyə əsasən müxtəlif növ əmək pensiyası almaq 

hüququ olan şəxslər arzularına əsasən bunlardan yalnız birini ala bilər. 

Pensiyanın məbləğinin dəyişdirilməsinə təsir edə biləcək bütün dəyişikliklər haqqında Dövlət 

Sosial Müdafiə Fondunun yerli orqanına məlumat verməyi öhdəmə götürürəm

_____________________________ 



 

imza  


“______”_______________20____il 

 

 



kəsmə xətti 

 

Sığortaolunan___________________________________________________________ərizəsi 

ərizəçinin soyadı, adı, atasının adı 

Əlavə olunmuş________________________________________________________________ 

_____________________________________________________________________________ 

_________________________________________________________sənədlər qəbul olundu. 

 

“______”__________20      il tarixdə __________________N- ilə qeydiyyatdan keçirildi. 



Ərizəyə əlavə olunmuş sənədlərin siyahısı 

 

Ərizəçiyə qaytarılıb 



Sənədlərin adı 

Sayı 

İmza 


Tarix 

 



 

 

 



 

 



 

 



 

 

 



 

 



 

 

 



 

 



 

 



 

 

 



 

 



 

 

 



 

 



 

 



 

 

 



 

10   


 

 

 



  

Əlavə təqdim edilmiş sənədlər barədə məlumat 

 



Sənədlərin adı 



sayı 

Sənədləri qəbul edənin 

imzası 



 



 

 



 

 

 



 

 



 

 



 

 



 

 

 



 

 



 

 



 

 



 

 

 



 

 



 

 


Pensiya təyinatı və pensiya növünün dəyişdirilməsi üçün e-müraciət üzrə inzibati 

reqlamentə əlavələrinin siyahısı 

 

 

1.  Ərizə forması - Reqlamentə 1 nömrəli Əlavə. 

 

 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə