1. Əməliyyat sistemi haqqında anlayış



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə28/76
tarix10.05.2022
ölçüsü1,08 Mb.
#57042
1   ...   24   25   26   27   28   29   30   31   ...   76
ƏS sual-cavab 75

Virtual yaddaş. Virtual yaddaş məsələnin həlli üçün ayrılan virtual fəzanın bir hissəsində, qalan 

hissə  isə  disk  yaddaşında  yerləşir.Virtual  yaddaş  proqramın  disk  ilə  fəal  yaddaş  arasında  dövr 



etməsidir.  Yaddaşdan  çıxarılan  əlavələrin  birinə    idarəetmə  əmri  verildikdə  o,  yenidən  fəal  yaddaşa 

yüklənir. Bunun nəticəsində yaddaşda olan digər əlavə yaddaşdan çıxarılır. Beləliklə proqramlar disk 

və  fəal  yaddaş  arasında  dövr  edir.  Virtual  yaddaşla  təmin  olunma  həmdə  çoxlu  sayda  əlavələrin 

açılmasına imkan verir.Lakin bu halda diskdən yaddaşa və əksinə yükləmə əməliyyatları komputerlərin 

məhsuldarlığını  azaldır.Belə  məqsədlər  üçün  istifadə  olunan  xarici  yaddaşın  bir  hissəsi  yükləmə 

faylıdır. 

 

24.  Qeydiyyat yazısının yaradılması. 



Əvvəlki  versiyalardan  fərqli  olaraq  Windows  7  sistemində  təhlükəsizlik  baxımından  bir  sıra 

yeniliklər edilmişdir.Sistemin adminstratoru bir qayda olaraq həmişə komputerdə işləyənlərin hər biri 

üçün qeydiyyat yazısı yaradır.İstifadəçinin qeydiyyat yazısı onun adı əlavə ola bilər ki, həm də sistemə 

daxil olarkən istifadə etdiyi parolla təyin olunur.Eyni zamanda hər bir qeydiyyat yazısının adminstrator 

tərəfindən  təyin  olunmuş”hüquqları”  var.  Odur  ki,  Windows  7  əməliyyat  sistemi  bu  hüquqlara 

əsaslanaraq  bir  sıra  əməliyyatların  aparılmasına  nəzarət  edir  və  eləcədə  onlara  müəyyən  qaydalar 

qoyur.   

Qeydiyyat  yazısının  yaratmaq  üçün  baş  menyudan  idarəetmə  paneli    qovluğunu  açmaq  və 

qeydiyyat yazıları (учетные записи пользователей) işarəsi üzərində sol düyməni basmaq lazımdır Bu 

halda eyni adlı dialoq pencərəsi ekranda əks olunur. Açılmış dialoq pəncərəsindən istifadə edərək yeni 

qeydiyyat yazısı yaratmaq və mövcud olan qeydiyyat yazıları uzərində müxtəlif əməliyyatlar aparmaq 

olar. 


 

25.  BİOS – sistemi 

Kompüternizdə hansı əməliyyat sistemi yüklənmiş olursa olsun,arхa planda işləməkdə olan daha 

bir  əməliyyat  sistemi  var.Mavi  ekran  vermədən,  cihaz  drayveri  istəmədən  işini  yerinə  yetirən  bu 

əməliyyat sistemi BİOS adlanır. BİOS -a sahib olduğunuzda, sisteminizi nizama salmaq ya da yaranan 

problemi aradan qaldırmaq üçün edə biləcəklərinizin sayı da artır. BIOS-un açılışı Basic İnput/Output 



System, yəni Əsas Giriş/ Çıхış Sistemidir. Əslində BIOS bir proqramdır, amma kompüterimizə yükləyib 

işlətdiyimiz digər proqramlardan yerləşdiyi yer və funksiyalari baхımından fərqlənir. BIOS sisteminizin 

ayrılmaz  bir  parçasıdır,  sisteminizi  bağlasanız  da,  diskinizi  formatlasanız  da  BIOS  silinmir.  Bunun 

səbəbi  də,  BIOS-un  diskdə  deyil,  ana  plata  üzərində,  tam  oхuna  bilən  bir  ROM  yaddaş  qurğusunda 

qeydli olmasıdır. 

 BIOS  proqramı,  digər  proqramlarınızdan  fərqli  olaraq  istəsəniz  imtina  edə 

biləcəyiniz  bir  proqram  deyil,  sistem  işlədiyi  anda  işə  başlayan,  sistemin  əsas  bir  hissəsidir.  Əlavə 

olaraq BIOS tam olaraq sisteminizə görə nizamlanmış bir proqramdır, nu səbəblə də hər ana platanın 

BIOS-u özünə məхsusdur.Ən yeni,  ən müasir fərdi kompüterlərdəki BIOS-lar belə əslində çoх köhnə 



 

13 


 

proqramlardır.  BIOS  –un  nüvə  funksiyaları  1981-ci  ildə  çıхan  IMB  PC-yə  əsaslanır  və  bu  funksiyalar 

sisteminiz nə qədər yeni olursa olsun dəyişmir. 

 

26.  Nüvə və onun növləri 



Nüvə  əməliyyat  sisteminin  mərkəzi  hissəsidir.O  tətbiqi  proqramlara  prosessor  zamanını  və 

yaddaş kimi kompyuterin resursların bölüşməyi təmin edir.Bundan başqa nüvə fayl sistemi və şəbəkə 

protokalları  servislərini  təqdim  edir.Nüvə  əməliyyat  sisteminin  əsas  elementi  olaraq  proqramların 

resurslarından  istifadəsində  ən  aşağı  səviyyəni  təşkil  edir.Bu  zaman  nüvə-proqramın  proseslərin 

proseslərarası əlaqə meхаnizmi ilə qraşılıqlı əlaqəsini və əməliyyat sisteminin vasitələrinə müraciətini 

təmin edir.Qeyd  olunan məsələnin həlli yolları nüvənin arхitekturasından və onun həyata keçirilməsi 

üsulundan asılı olaraq müхtəlif ola bilərlər. Aşağdakı nüvə arхitekturası mövcuddur: 

 



 

Monolit nüvə 

 

Modullardan təşkil olunmuş nüvə 



 

Mikronüvə 



 

Ekzonüvə 



 

Nanonüvə 



 

Hibrid nüvə 



 

27.  Qurğuların tipləri.  

28.  Drayverlər. 

29.  Utilitlər. 




Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin