Qeyd: fayl və qovluqlar This PC qovluğuna kopyalana bilməz.
Network (Şəbəkə)–xüsusi qovluq olub, lokal şəbəkəyə qoşulmuş kompüterlərin diskləri
daxilində olan informasiyalara giriş və obyektlər üzərində müxtəlif əməliyyatların icrası üçün istifadə
olunur.
Personal folder qovluğu qeydiyyat yazısı olan şəxsin fayl və qovluqlarının saxlandığı xüsusi
qovluqdur.
Səbət (Recycle Bin). Silinmiş obyektlərin müvəqqəti saxlandığı xüsusi sistem qovluğudur. Yalnız
Recycle Bin qovluğunda iki eyni adlı obyekt ola bilər. ƏS kompüterə birinci dəfə quraşdırılarkən İş
masasında yalnız Səbətin nişanı olur. Səbətdən silinmiş obyekti geri qaytarmaq üçün Restore əmri,
səbətdəki bütün elementləri silmək üçün Empty Recycle Bin əmri icra olunur.
49. «Мои документы» (Sənəd) qovluğu
«Мои документы» qovluğu – içərisində sənədlərin, şəkillərin və tez müraciət tələb olunan
faylların saxlanması rahat olan qovluqdur. Ofis proqramları, WordPad və ya Paint kimi proqramlar, öz
fayllarını avtomatik olaraq «Мои документы» qovluğunda saxlayırlar.
50. Windows -un Bələdçi (Explorer) proqramı.
Dostları ilə paylaş: |