Obyekti arxivləşdirmək – obyektin kontekst menyusundan Add to archive əmri ilə
Arxivləşdirilmiş sənədin açılması yerini təyin etmək – Extract here (olduğu yerdə arxivdən azad
edir), Extract to (təyin edilmiş qovluqda arxivdən azad edir) əmrləri ilə
Xarici yaddaş qurğularına obyektin surətini göndərmək, İş masasında qısayolunu yaratmaq,
arxivləşdirmək – Send to əmri ilə
Obyekti seçmək üsulları:
Bir obyekti seçmək – obyektin üzərində mausun sol düyməsini 1 dəfə kliklə
Bir – birindən məsafəli yerləşən obyektləri seçmək : Ctrl basılı halda saxlamaqla mausla seç
Yanaşı obyektləri seçmək : 1 – ci obyekti mausla seç, Shift düyməsini basılı saxlamaqla sonuncu
obyekti seç
Yanaşı obyektləri seçmək: 1 – ci elementi seç, mausu basılı vəziyyətdə sonuncu obyektə kimi
sürüklə.
Bir – birindən ayrı yerləşən qrup elementlərini seçmək üçün bu üsullardan birlikdə istifadə
edilir.
Obyektlərin mübadilə buferi olmadan yerdəyişməsi və köçürülməsi (Drag and Drop
texnologiyası).
Obyektin mübadilə buferi olmadan yerini dəyişmək və surətini almaq üçün mausdan istifadə
edilir. Mausun sol düyməsi ilə tutub sürülədikdə obyekt yerini dəyişir. əgər qovluqlar eyni məntiqi
diskdədirsə, yerdəyişmə, fərqli məntiqi diskdədirsə, köçürmə əməliyyatı olacaq. Ctrl basılı ikən
mausun sol düyməsi ilə tutub sürüklədikdə surəti alınır. Mausun sağ düyməsilə sürüklədikdə isə seçim
menyusu açılır: Copy here, move here, create shortcut here, cancel. Shift düyməsi basılı halda
sürüklənərsə fayl yeri dəyişər.
48. «Мой компьютер» (My Computer) və «Корзина» (Recycle Bin) qovluğu.
This PC – xüsusi qovluq olub, kompüterin disklərinin daxilindəkiləri görmək imkanı verir, fayllar
22
və qovluqlarla müxtəlif əməliyyatlar yerinə yetirir (proqramların yüklənməsi, faylların köçürülməsi,
yerinin dəyişdirilməsi, ləğv edilməsi, qovluqların yaradılması, virusun yoxlanılması, disklərin
formatlaşdırılması və s.
Burada yerləşən File menyusunun tərkibi File Explorer proqramı ilə eynidir. Computer tabının
əmrləri ilə qısaca tanış olaq:
Bu əmrlərlə kompüterin xüsusiyyətlərinə baxmaq, seçilmiş qovluğu/diski açmaq, adını
dəyişmək, proqramı birdəfəlik silmək, ƏS haqqında məlumatlara baxmaq, Settings əmri ilə açılan
pəncərədən müxtəlif tənzimləmələr paramq olar.
This PC pəncərəsinə View tabı File Explorer ilə eynidir.
A: və B: ilə FDD, C: və D: ilə sərt disk, E: ilə optik disk, F: ilə isə digər informasiya daşıyıcıları (fləş
kart, mikrokart) işarə olunur. Sistem diski ƏS quraşdırılmış diskdir və üzərində
nişanı olur. Sistem
diski üzərində format əmri icra oluna bilməz.
Dostları ilə paylaş: |