26
İstifadəçilərinin işləməsi üçün Windows- un starda olan ekranı İşçi masa adlanan sistem
obyektindən ibarətdir. İşçi masa – Windows əməliyyat sisteminin obyektləri və Windows- un
idarəetmə elementləri əks olunan qrafiki mühitdir. Verilmiş əməliyyat sistemində kompüterlə
işlədikdə bizim işlədiyimizin hamısını ya obyektlərə, ya da idarəetmə elemetlərinə aid etmək olar.
Windows 7 əməliyat sistemi yeni quraşdırıldıqda, başlanğıc vəziyyətdə işçi masada yalnız yüxarı sağ
küncdə təkcə Корзина (Recycle Bin (Səbət)) nişanı yerləşir. Lakin qısa müddətdən sonra İşçi masa
çoxlu nişanlar dəstəsi ilə dolur, məsələn, bizim quraşdırdığımız proqramların əksəriyyəti, həmin an
İşçi masada öz xüsusi nişanlarını qeyd edirlər.
İş masasının alt tərəfindəki sətir-Tapşırıqlar sətri (Taskbar, Панель задач) adlanır. Tapşırıqlar
sətrində aşağıdakılar yerləşir.
Sistemin baş menyusunu açmaq üçün nəzərdə tutulmuş Start (Пуск) düyməsi.
Hal-hazırda iş üçün açılmış sənədlərin, qovluqların və.s nişanları.
Əlavə informasiya (saat, dil, səs və.s göstəriciləri)
Əsas qovluqların adını qeyd edək:
İş masası (Desktop, Рабочий стол).
Mənim kompyuterim (My computer, Мой компьютер).
Məntiqi disklər (3.5 Ploppy A:, Local Disk C:, Local Disk D:,
Bu disklərlə işləmək üçün My computer qovluğunu açmaq lazımdır).
Sistem yükləndikdən sonra alınan ekran təsvirinə işçi stol (Desktop, Рабочий стол) deyilir.
Adətən standart olaraq işçi stolun üzərində aşağıdakı nişanlar yerləşir.
1. Mənim kompyuterim (My computer. Мой компьютер).
2. Zibil qutusu (Recycle Bin. Корзина)
3. Şəbəkə göstəricisi ( My Network Places. Сетевое окружение)
4. Mənim sənədlərim ( My documents. Мой документы)
5. Internet Explorer
İşçi masada nişanları istənilən qaydada yerləşdirmək olar. Burada lazım olan nişanın üzərinə
nişanın üzərinə siçanın göstəricisini qoyub və sol düyməni sxaraq, onu buraxmadan siçanı
sürüşdürməklə həmin nişanı başqa bir yerə daşımaq olar, məsələn, məsələlər panelinə yerləşdirmək
olar. Əgər İşçi masada dağınıq şəkildə yerləşmiş nişanları səliqəli şəkildə qruplaşdırmaq üçün İşçi
masanın istənilən boş yerində siçanın sağ düyməsini sıxmaq lazımdır. Bu zaman açılan Kontekst
menyusundan Вид (View (Görünüş)) bölməsindən Упорядочить значки автоматически (Auto
arrange icons (Avtonizamlama piktoqramları)) əmrini seçmək lazımdır.
58. İş masasınım kontekst menyusu
Dostları ilə paylaş: