Qurğular dispetçeri –kompüterin bütün qurğuları haqqında informasiyanın toplandığı əsas
verilənlər bazasıdır. Bu dispetçerin köməyilə praktik olaraq istənilən qurğunu idarə etmək
olur.Kompüterdə qurğuların dispetçerini açmaq üçün İdarəetmə panelinin (Панель управления )
(Control panel), Система и безопасность (Sistem və təhlükəsizlik) bölməsinin Система (Sistem)
bölməsindən Диспетцер устройств (Device Manager) (Qurğu meneceri) bölməsini seçmək
lazımdır.Bu zaman ekrana Диспетцер устройств (Device Manager) adlanan pəncərə çıхacaqdır. Bu
meneceri açdıqda budaqlanmış bir struktur açılır. Burada hər bir qurğu üçün хüsusi bir sətr
ayrılmışdır.Əgər hansısa bir qurğu qeyri korrekt işləyirsə (bu əsas hallarda drayverlər də
çatışmamazlıq, qüsur olduqda olur),onda onun adının sol hissəsində təhlükə bildirən nida işarəsi
görünəcəkdir.Əgər belə işarə yoхdursa,onda həmin qurğu tam qaydasında işləyir.Əgər nida işarəsi
varsa onda müəyyən tədbirlər görmək lazımdır. Məsələn drayveri yenidən quraşdırmağa çalışmaq və
ya onu tamamilə əvəzləmək lazımdır. Nida işarəsindən başqa, siz Windows-da qurğunun təyinat
meхanizminin qeyri korrektliyini göstərən digər məlumatı da görə bilərsiniz.Məsələn, müəyyən
formalı (bəzədilmiş) sual işarəsi ilə birlikdə Неизвестное устройство yazısı görə bilərsiniz. Bu
məlumat isə uyğun drayveri olmayan qurğunu göstərir.
14
Qurgu drayveri sistem səviyyəsində qurğunu idarəedən proqramdır. O əməliyyat sisteminə
sadəcə olaraq quraşdırılmır, onun özəyini təşkil edir. Faktiki olaraq hər bir yeni qurğu qoşulduqda
özəkdə yeni dəyişikliklər baş verir və biz yenisistem almış oluruq. Bu dəyişiklik komputerin yenidən
yüklənməsi zamanı baş verir.
Drayverlər - utilitlərə daxil olan xüsusi proqramlardır. Onların vəzifəsi komputerin periferiya
qurğularının işini idarə etməkdir. Drayver proqramları xarici qurğuları komputerə tanıdır, yəni ƏS ilə
qurğular arasınada əlaqə yaradır. Buna görədə printer, skaner kimi qurğuları komputerə qoşmaq üçün
onun drayverini komputerə quraşdırmaq lazımdır. Windows ƏS-də bir sıra xarici qurğuların qoşulması
üçün drayverin istifadəçi tərəfindən yazılmasına ehtiyyac yoxdur. Bir çox qurğuların drayveri ƏS-nin
tərkibində mövcuddur və qurğu komputerə qoşulduğu andaişə düşür. Komputerə qoşulmuş xarici
qurğunun drayverini avtomatik olaraq yükləyən bu texnologiya Plug and Play (Qoş və istifadə et)
adlanır.
Dostları ilə paylaş: |