1. Excel cədvəl prosessoru


Ədədi və mətn verilənlərinin daxil edilməsi



Yüklə 0,76 Mb.
səhifə12/38
tarix29.12.2021
ölçüsü0,76 Mb.
#48949
1   ...   8   9   10   11   12   13   14   15   ...   38
UNEC 1638823694

Ədədi və mətn verilənlərinin daxil edilməsi. Xanaya daxil edilən verilənin ədədi formatı təyin olunmayıbsa, onda susmaya görə Общий (General) formatı tətbiq olunur.

Daxil olunan mənfi ədəd minus işarəsi ilə başlayır, müsbət ədədlərdə isə plyus işarəsi qoyulmur. Ədədi eksponensial formada göstərmək üçün E və ya e hərfindən istifadə olunur. Kəsr formatında olan ədədi daxil edərkən ədədin tam və kəsr hissəsi bir-birindən boşluqla ayrılır, məsələn, 2 7/9 və ya 0 3/4. Əgər daxil olunan ədədin təsviri üçün xananın eni azdırsa, Excel onu avtomatik olaraq, eksponensial formada təsvir edir.

Tarixin qiymətini daxil edərkən, onun hissələrini bir-birindən ayırmaq üçün, «/», «.» və «-» simvollarından istifadə olunur. Məsələn, 10.12.1951 və ya 12/04/1982.

Vaxtın qiymətini daxil edərkən isə, saat, dəqiqə və saniyə bir-birindən iki nöqtə «:» ilə ayrılır.

Eyni vaxtda tarix və vaxt daxil edilərsə, onda bunlar bir-birindən boşluqla ayrılır. Məsələn: 4-fev-2005 22:47

Mətnləri xanaya daxil edərkən, mətndəki simvolların sayı 255-i aşmamalıdır. Xanaya daxil edilən mətn xanada bir neçə sətrə + klavişlərindən istifadə etməklə bölünür.




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin