2. Diapazonları birləşdirən nöqtə vergül (;) operatoru. Məsələn, =SUM(C3:C5;A1:C1) düsturu qonşu olmayan iki C3:C5 və A1:C1 diapazonlarının cəmini hesablayır.
3. Diapazonların kəsişmə operatoru boşluq. Məsələn, =SUM(A5:B1! B8.C10) düsturu B8:B10 diapazonun xanalanrını tərkibinin cəmini hesablayır.
Düsturlarda istifadə olunan xanalara istinadın üç tipi ola bilər: mütləq, nisbi və qarışıq.
Mütləq istinad işçi vərəqədə xananın mütləq koordinatını təyin edir. Düsturda bu istinaddan istifadə edildikdə, düsturun bir xanadan digər xanaya yerdəyişməsində xananın ünvanı dəyişmir. Bu istinad üçün, «Al» stilində $ işarəsindən istifadə olunur. Məsələn, $D$7, $AB$3 və s. «R1C1» stilində isə istinadın yazılışında kvadrat mötərizə olmazsa, onda 0 mütləq sayılır.
Məsələn, R7C4, R4C6.
Nisbi istinad «Al» stilində $ işarəsiz yazılır. Məsələn, A7, B9, X19 və s. Bu cür istinada düsturun bir yerdən digər yerə yerdəyişməsində istinad cədvəlin yerindən asılı olaraq dəyişir. «R1C1» stilində nisbi ünvanı vermək üçün kvadrat mötərizədən istifadə olunur. Məsələn, R[3]C[4] üç sətir aşağıda və dörd sütun sağda yerləşən xanaya istinaddır, R[-2]C[-3] – isə iki sətir yuxarıda və üç sətir solda yerləşən xanaya istinadı göstərir.
Dostları ilə paylaş: |