Диаграмма (Chart) vərəqinin parametrləri aktiv diaqramın görünüşünü təyin edir və susmaya görə yeni yaradılan diaqramlarda istifadə olunan formatların verilməsinə imkan verir.
Международные (International) vərəqinin parametrləri tam və kəsr hissənin ayırıcılarının və çap formatının dəyişilməsinə imkan verir.
Сохранение (Save) kitabın bərpası üçün verilmiş vaxt intervalı ilə avtomatik bərpa faylı və kataloqu yaradır. Kompüterdə gözlənilməz hər hansı nasazlıq baş verdikdə, Excel -in növbəti yüklənməsində avtomatik bərpa faylı açılır.