Вычисление (Calculation) vərəqinin parametrləri düsturların hesablama üsulunu təyin edir və xarici istinadları idarə edir.
Правка (Edit) vərəqinin parametrləri xanalara verilənləri daxil etdikdə və onların redaktəsində istifadə olunur.
Общие (General)vərəqində avtomatik yükləmə qovluğunun adı, yeni kitabdakı vərəqlərin sayı, standart şrift, istinad şrifti, əvvəl açılmış faylların siyahısı və s. parametrlər təsvir olunur.
Списки (Custom Lists) vərəqi avtodoldurma funksiyalarının yerinə yetirilməsində istifadə olunan və ya verilənlərin çeşidlənməsində istifadəçi qaydasını təyin edən siyahılardan təşkil olunur.