Xananın göstəricisi – cədvəlin aktiv xanasını seçən çərçivədir. Göstəricinin yeri maus və ya idarəedici klavişlərinin köməyi ilə dəyişilir.
Formatlaşdırma - bir və ya bir neçə xanaya yazılan verilənləri əks etdirmək üçün parametrlərin təyinidir. Formatlaşdırma parametrlərinə şriftin növü və ölçüsü, çərçivə, rəng, xananın qiymətinin tənləşdirilməsi və s. aiddir. Bunlar menyunun əmrləri, konteks menyu və ya alətlər panelinin düymələrinin köməyi ilə təyin edilir. Xanaların formatlaşdırılması qiymətlər daxil edilməzdən əvvəl və sonra yerinə yetirilə bilər.
Stil - formatlaşdırma parametrlərinin çoxluğudur. Stilin adını göstərməklə onu seçilmiş xanaya tətbiq etmək olar.
Siyahi – verilənlər bazası ilə işləmək üçün xüsusi şəkildə tərtib olunmuş cədvəldir. Bu cədvəldə hər bir sütun sahəni, sətir isə verilənlər bazası faylının yazılarını göstərir.
Qeyd - bir və ya bir neçə xanada şərh kimi istifadə olunan mətndir. Qeyd həmçinin səsli də ola bilər.