Xananın ünvanı xananın cədvəldə yerləşdiyi yeri təyin etmək üçünnəzərdə tutulub. Xanalar ünvanının yazılmasının iki üsulu mövcuddur:
Cədvəl sütunun hərfinin və sətrin nömrəsinin qarşısında $ simvolu-nun yazılması mütləq ünvanlaşdırmanı göstərir. Məsələn: B$2, $K$ və s. Excel-də bu üsul susmaya görə istifadə olunur və "A1" stili adlanır.
R və С hərflərindən sonra uyğun olaraq sətir və sütunun nömrəsi göstərilir. Sətir və sütunun nömrəsi kvadrat mötərizələrdə göstərilə bilər ki, bu da nisbi ünvanlaşdırmanı göstərir. Məsələn: R4C7 - 4-cü sətir ilə 7-ci sütunun kəsişməsində duran xananın ünvanıdır. Bu birinci üsuldakı G4 ünvanına uyğundur. R[3]C4, R5C[6], R[2]C[12] və s. ünvanların bu üsulla yazılışı "R1C1" stili adlanır.
Düstur-cədvəlin verilənləri ilə müəyyən hesablamaların yerinə yetirilməsi üçün riyazi yazıdır. Düstur sabit, operator, istinad, funksiya, diapazon və hesablama ardıcıllığını dəyişmək üçün istifadə olunan mötərizələrdən təşkil olunur. Düstur bərabərlik və ya riyazi operatorla başlayır və cədvəlin xanasına yazılır. Düsturun yerinə yetirilməsinin nəticəsi hesablanmış qiymətdir. Bu qiymət avtomatik olaraq, düsturun yerləşdiyi xanaya yazılır.
Məsələn, =SUM(Al:A12)/$C$3 + 400
Burada SUM – funksiyanın adı, A1,A12, $C$3 -istinad, A1:A12- xanalar diapazonu (massiv), 400-isə sabitdir.
Düsturlarda +; -; *; /; % (faizin qiymətinin təyini); ^ (qüvvətə yüksəltmə) hesabi operatorlarından, =; <; >; <=; >=;<> (bərabər deyil) müqayisə operatorlarından və mətn verilənlərini birləşdirən & operatorundan istifadə olunur.
Istinad - düsturun tərkibində xananın ünvanınn yazılışıdır. Məsələn, =(A5+$C$3) düsturunda A5 və $C$3 kimi iki istinad var. Istinadlar mütləq, nisbi və qarışıq ola bilər.
Funksiya- təyin olunmuş hesablama əməliyyatlarını yerinə yetirməyi göstərən riyazi yazıdır. Funksiya adi və dairəvi mötərizədə göstərilmiş bir və ya bir neçə arqumentdən ibarətdir. Məsələn: