1. Excel cədvəl prosessoru


Avtomatlaşdırılmış layihələndirmə sistemləri (CAD - Computer Aided



Yüklə 0,76 Mb.
səhifə27/38
tarix29.12.2021
ölçüsü0,76 Mb.
#48949
1   ...   23   24   25   26   27   28   29   30   ...   38
UNEC 1638823694

Avtomatlaşdırılmış layihələndirmə sistemləri (CAD - Computer Aided Design sistemləri). CAD – sistemləri əsasən layihə-konstruktor işlərinin avtomatlaşdırılması üçün istifadə edilir. Müasir CAD sistemlərindən adətən avtomatlaşdırılmış mühəndis hesabatları və təhlili - CAE (Computer Aided Engineering) ilə birlikdə istifadə olunur. CAD – sistemləri əsasən maşınqayırma, cihazqayırma, arxitektura sahələrində tətbiq edilir.

CAD – sistemlərinin əsas xüsusiyyəti layihələndirmənin bütün mərhələlərində texniki şərtləri, norma və qaydaları avtomatik təmin etməkdir ki, bu da konstruktor və ya arxitektoru qeyri-yaradıcı xarakterli işlərdən azad etməyə imkan verir. Məsələn, maşınqayırmada CAD sistemləri vasitəsilə bütöv bir cizgi bazasında, həmin cizgiyə daxil olan ayrı-ayrı maşın hissələrinin işçi cizgisini çəkməyə, lazım olan texnoloji sənədləşdirməni hazırlamağa, həmin hissənin emalı üçün lazım olan alətlərin, dəzgah və nəzarət vasitələrinin, həmçinin rəqəm-proqram idarəli dəzgahlar, sənaye robotları və çevik avtomatlaşdırılmış istehsalat üçün idarəedici proqramların hazırlanması imkanını verir. Hal-hazırda avtomatlaşdırılmış layihə sistemləri vacib komponent olduğundan, bunsuz çevik istehsal sistemlərinin və texno­loji proseslərin avtomatlaşdırılmış idarə sistemlərini səmərəli həyata keçirtmək mümkün deyildir.

CAD - sistemlərə misal olaraq AutoCAD, ArchiCAD, OrCAD, MathCAD və s. proqram paketlərini göstərmək olar.

AutoCAD Autedesk kompaniyası tərəfindən yaradılan 2 və 3-ölçülü avtomatlaşdırılmış layihələndirmə sistemidir. Bu sistemin ilk versiyası 1982-ci ildə yaradılıb və sonuncu versiyası AutoCAD 2009-dur.

ArchiCAD Macarstanın Grapisioft firması tərəfindən yaradılan qrafiki proqram paketidir. Bu CAD - sistemi tikinti, mebel və digər sahələrdə layihələndirmə üçün nəzərdə tutulub. ArchiCAD-in ilk versiyası 1984-cü ildə Radar CH adı altında yaradılıb. Bu sistemin sonuncu versiyası ArchiCAD 12-dir.

OrCAD - elektron qurğularının avtomatlaşdırılmış layihələndirilməsi həyata keçirən proqram paketidir. Bu sistemdən elektron qurğularının modelləşdirilməsində geniş istifadə olunur.

MathCAD riyazi modelləşdirmədə istifadə olunan proqram paketidir.



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin