3.EXCEL HAQQINDA ÜMUMİ MƏLUMAT
3.1. Tətbiq sahəsi
Microsoft Excel Excel – MS Office paketinin geniş yayılmış proqramlarından biridir. Excel ona görə elektron cədvəl, bəzən isə cədvəl prosessoru adlandırılır ki, onun xanalarına yazılmış verilənlər üzərində müxtəlif riyazi və məntiqi əməliyyatlar aparmaq mümkündür. Bu göstərir ki, Excel katib-referentə, ofis-mencerə, bank işçisinə, işgüzar adama, biznesmenə və s. lazımdır.
Excel – cədvəl şəkilli məlumatlar, hesablama əməliyyatları, analiz və müqayisə məsələləri olan sahələrə tətbiq olunur.
Excel-in cədvəl şəkilli məlumatlarda axtarış aparmaq və seçmək, məlumatı qrafik görünüşdə vermək imkanlarından da geniş istifadə edilir.
Excel-in kompüterin prosessorunun hesabi dəqiqliyinə, takt tezliyinə və əməli yaddaşa tələbləri böyükdür.
Dostları ilə paylaş: |