3DStudio Max proqram paketi Kinetix firması tərəfindən təklif edilmiş və əsasən Windows mühiti üçün yaradılmışdır. Bu paket "yan peşəkar" sayılmasına baxmayaraq, onun vasitələri canlı olmayan təbiət obyektlərinin keyfiyyətli üçölçülü təsvirlərinin yaradılması üçün kifayət edir. Bunun əsas fərqləndirici xüsusiyyətləri üçölçülü qrafiklər üçün külli miqdarda aparat sürətləndiricilərinin olması, güclü işıq effektlərinin olması, digər firmalar tərəfindən bunun üçün yaradılmış böyük miqdarda tətbiqi proqramların olmasıdır. Aparat resurslarına qarşı çox da yüksək tələbkarlıq irəli sürülmədiyindən, orta səviyyəli kompüterlərdə də bu paketdən istifadə etmək imkanı vardır. Modelləşdirmə və animasiya vasitələrinə görə, 3D Studio Max daha inkişaf etmiş proqram vasitələrindən geri qalır.