1. Excel cədvəl prosessoru


Elektron cədvəldə fayllarla iş



Yüklə 0,76 Mb.
səhifə32/38
tarix29.12.2021
ölçüsü0,76 Mb.
#48949
1   ...   28   29   30   31   32   33   34   35   ...   38
UNEC 1638823694

3.6. Elektron cədvəldə fayllarla iş
Excel-də fayllarla iş əmrləri File menyusunda yerləşir. Bura yeni faylın yaradılması (New\Создать), faylın xarici yaddaş qurğularında saxlanılması (Save As, Save\Сохранить как, Сохранить), mövcud faylın xarici yaddaşdan çağırılıb açılması (Open\Открыть), aktiv faylın bağlanması (Close\Закрыть), proqramdan çıxış (Exit\Выход), səhifənin parametrləri (Page Setup\Параметры страницы), çap səhifəsinə baxış (Print Preview\Предварительный просмотр), çap (Print\Печать), ümumi parametrlər haqqında məlumat və s. əmrlər daxildir.

3.7. İşçi vərəq və onun üzərində əməliyyatlar

Excel-də susmaya görə hər bir fayl (kitab) 3 işçi vərəqdən (Sheet\Лист) ibarət olur. Hər bir işçi vərəq 256 sütun və 65536 sətirdən ibarətdir. İşçi vərəqləri ləğv və əlavə etmək, yerini və adını dəyişmək, surətini çıxarmaq, çapa vermək, bir fayldan digər fayla köçürmək olar.

Excel-də 3 tip işçi vərəq ola bilər:

  • Cədvəl tipli;

  • Diaqram tipli. Bəzi məsələlərdə cədvəldəki verilənləri müqayisə etmək lazım gəlir, ədədləri müqayisə etmək onların qrafik təsvirlərini müqayisə etməkdən daha çətin olur. Ədədləri qrafik təsvir etmək üçün həmin cədvəlin diaqramını qurmaq lazımdır;

  • Dialoq tipli (Visual Basic dilində proqramlaşdırma üçün).

Fayllar 3 cədvəl tipli vərəqlə açılır. Fayla diaqramı yeni vərəqdə qoyarkən diaqram tipli vərəqlər, Visual Basic dilində yazılmış makroslar yaratdıqda isə dialoq tipli vərəqlər əlavə olunur.



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin