17. Müasir dövrün Azərbaycan fəlsəfəsi
XX əsrdə Azərbaycan fəlsəfə elmi zəngin inkişaf yolukeçmiş, müəyyən naliyyətlər əldə edilmişdir. XX əsr Azərbaycan fəlsəfəsinininkişafındabirçox filosofların böyük
xidmətləri olmuşdur.
XX
əsr Azərbaycan ictimai -fəlsəfi fikir tarixindəroluolanNəriman Nərimanov əhalinin maariflənməsinin vacibliyini qeyd etmişdir.Nərimanov“Nadanlıq”, “Şamdam
b
əy”, “Nadir şah”, “Bahadur və Sona”, “Pir” və başqa bədii əsərlərində, çoxsaylı məqalə, çıxış, teleqram və məktublarında xalqımızın tarixi taleyi, onun mənəvi və
siyasi azadlığı, dünyagörüşü, dini-əqidəsi, vicdan azadlığı və s. haqqında çox zənginfəlsəfi və mənəvi görüşlərini ifadə etmişdir.Nərimanov ətaləti, nadanlığı,
avamlığı tənqid etmiş, xalqın savadlanması, maariflənməsiuğrunda mübarizə aparmışdır.
Akademik Firudin Köç
ərlinin elmi-tədqiqat fəaliyyəti əsasən Azərbaycanda fəlsəfə,etika və estetika problemlərinin tədqiqinə yönəldilmişdir. Azərbaycanın
bir çox elm v
ə mədəniyyət xadimlərinin fəlsəfi baxışlarına dair tədqiqatlar aparmış, həmin tədqiqatlırın nəticələri onun nəşr etdiyi kitab vəəsərlərindəöz əksini
tapmışdır.
Tanınmış Azərbaycan filosofu, akademik Fuad Qasımzadənin əsas tədqiqat sahəsi Azərbaycan fəlsəfi-ictimai fikri, sosial fəlsəfə, ontologiya və idrak nəzəriyyəsi,
estetika olmuşdur. “Qəm karvanı”, yaxud “Zülmətdə nur” monoqrafiyasının müəllifidir.
Azərbaycanın filosoflarından biri olan Zümrüd Quluzadənin, doktorluq mövzusuhürufiliyə və Azərbaycanda onun görkəmli nümayəndələrinə həsr olunmuşdur.
Onun “Hürufilik və onun Azərbaycandakı nümayəndələri” kitabı hürufiliyin tarixi və fəlsəfəsini təhlil edən yeganə monoqrafik əsər hesab edilə bilər.
Yeni və müasir dövr Azərbaycan fəlsəfi fikir tarixinin ən zəngin və ziddiyyətli dövrüdür-bu dövr XIX əsrdən başlayaraq bu günümüzə qədər davam edən tarixi
mərhələdir.
Dostları ilə paylaş: |