Nikkolo Makiavelliöz
əsərlərində sübut edirdi ki, insanların fəaliyyətinin sövqedici motivi -maddi maraqdır.
20. Müasir dövr Avropa fəlsəfəsi
XX əsrin ən geniş yayılmış fəlsəfi cərəyanlarından biri praqmatizmdir. Bu cərəyanın vətəni Amerika Birləşmiş Ştatları hesab olunur. Yunanca praqma sözündən
olub, iş, əməl deməkdir. Bu cərəyanın banisi Amerikanın görkəmli məntiqçisi Çarlz Pirsdir(1839– 1914). Onun ən məşhur əsərlərindən biri 1904– cü ildə çap etdirdiyi
««Praq
matizm» nədir?» əsəridir.
Personalizm
(latınca şəxsiyyət sözündəndir) müasir fəlsəfədə bir istiqamətdir.Buradaşəxsiyyət ilkin yaradıcı reallıq və ali mənəvi sərvət hesab olunur. Personalizmin
formalaşması XIX əsrin sonunda Rusiya və ABŞ–da başlamışdır.
Qərbdə XIX– XX əsrdə ən geniş yayılmış cərəyanlardan biri «Həyat fəlsəfəsidir». Bu fəlsəfi istiqamətdə mərkəzi problem insan problemi, onun mahiyyəti və
mövcudluğudur. «Həyat fəlsəfəsi»nin banisi alman filosofu A.Şopenhauer(1788– 1860) hesab olunur. Əsas əsəri «Dünya kor iradə və boş təsəvvürdür» adlanır.
XIX əsrdə geniş yayılmış fəlsəfi cərəyanlardan biri də pozitivizm olmuşdur,keçən əsrin 30– cu illərində formalaşmışdır. Həmin cərəyanların nümayəndələrinin
fikrincə, əsas məsələ fəlsəfə ilə elmin qarşılıqlı münasibəti məsələsidir. Onların təsəvvürünə görə, müsbət (pozitiv) bilik ayrı–ayrı xüsusi elmlərin nəticəsində əldə
edilə bilər.
Dostları ilə paylaş: |