1. Fəlsəfənin predmeti və funksiyaları


Orta əsrlər İslam Şərqində dini-fəlsəfi baxışlar



Yüklə 69,24 Kb.
səhifə13/33
tarix08.01.2023
ölçüsü69,24 Kb.
#78719
1   ...   9   10   11   12   13   14   15   16   ...   33
Fəlsəfə 1-25

11.Orta əsrlər İslam Şərqində dini-fəlsəfi baxışlar
Orta Əsrlərdə Şərq fəlsəfəsi öz xüsusiyyətlərinə və mündəricəsinə görə iki qola ayrılır. Hindistan, Çin, sonralar isə Yaponiya və b. Ölkələrdə yayılmış qədim ideoloji tə’limlər mövcud şəraitə uyğun olaraq inkişaf etmişlər. Bu ölkələrin fəlsəfi, dini və ictimai-siyasi fikri arasında yaxınlıq, bir-birindən tə’sirlənmə halları Orta Əsrlərdə daha artıq dərəcədə özünü göstərir Şərq fəlsəfəsinin digər qolu İslam dininin yayıldığı ölkələrə məxsusdur. Hər iki qolun müstəqil inkişaf yolu keçməsinə baxmayaraq, onlar arasında müəyyən yaxınlıq və ümumilik də mövcuddur.
Məhəmməd peyğəmbər tərəfindən hazırlanmış monoteist din olan İslam VII əsrdə meydana gəlib sür’ətlə yayılmağa başlamışdır. Bu dini tə’limin müqəddəs kitabı Quran (mə’nası: qiraət) yalnız dinin deyil, hüququn, şəriətin və bütünlükdə müsəlman xalqlarının ideologiyasının qiymətli mənbəyidir. Orta əsrlərdəki fəlsəfi, ictimai-siyasi, etik, estetik və s. Görüşlərin çoxunu Qurandan təcrid etmək qeyri-mümkündür; əksər ideoloji cərəyan və tə’limlər az və ya çox dərəcədə onunla bağlıdır. Bu əzəmətli abidənin təfsirinə və şərhinə həsr edilmiş yüzlərlə dəyərli əsərlər yazılmışdır. Quranın təfsiri, şərhi, hədis, fiqh (hüquqşünaslıq), kəlam (sxolastika) kimi dini elmlər “şəriət” adlanırdılar. Dünyəvi elmlərə “əqli elmlər” deyilirdi. Buraya fəlsəfə, məntiq, təbiət elmləri, riyaziyyat və kosmoqoniya daxil edilirdi.
İslam fəlsəfəsi əvvəldən dini təməl üzərində formalaşmışdır. Erkən Orta Əsrlərdə Yaxın Şərqdə fəlsəfi fikir bütpərəstlik, atəşpərəstlik və xristianlıqla bağlı olmuş, sonralar ideoloji tə’limlər islam zəminində və antik mənbələr əsasında təşəkkül taparaq yüksək tərəqqi etmişdir. Xristianlığın özünəməxsus ilkin fəlsəfi müqəddiməsi olduğu halda, yə’ni ellinizm dövrü fəlsəfəsində bu dinin bə”zi ehkam və əxlaqi-etik problemləri içəridən şərh və təhlil olunduğu halda, islamın bu cür fəlsəfi sələfı olmamışdır. Doğrudur, islamaqədərki dövrdə ərəb ədəbiyyatı nümunələri Kə’bə mə’bədində nümayiş etdirilirdi Ayrı-ayrı ədilələrin yazıları yayılırdı. Lakin fəlsəfi məzmunlu yazıların ərəblər arasında yayıldığı mə’lum deyildir. İslamın hənəfilik hərəkatından bəhrələndiyi, təkallahlıq ideyasının oradan götürdüyü qəbul edilir. İslam özündən əvvəlki dinlərdən (iudaizm, zərdüştilik, xristianlıq) xəbərdar olduğu Qurani-Şərifin mətni, hədislər və müsəlman ən’ənələri asasında sübuta yetirilmiş tarixi fakt sayılır. Amma islam fəlsəfəsinin mənşəyində müsəlman dininin özü durur, bu fəlsəfə islamın müqəddəs kitabı Qurani-Şərifin ehkam və müddəalarına verilən qiymət, izah və şərhlərdən başlayaraq irəliləmişdir. İslam fəlsəfəsi beynəlmiləl fəlsəfədir, onun yaradıcıları sırasında ərəb cəbəriləri və qədəriləri, kəlamçıları, mütəzililəri ilə yanaşı, ərəb - əl-Kindi, ibn-Rüşd, əl-Qəzali ilə birlikdə türk - əl-Fərabi, tacik – ibn-Sina, azərbaycanlı – Əbülhəsən Bəhmənyar və bir çox başqa xalqların nümayəndələri də vardır. İslam peripatetizmi, neoplatonizmi, Panteizmi və başqa fəlsəfi cərəyan və məktəbləri də öz beynəlmiləl tərkibi və islam mənbəyi ilə nəzəri cəlb edir. Orta Əsrlərdə Qərb ölkələrində kilsə ehkamı hər cür təfəkkürün çıxış momenti və əsası sayıldığı, dini elmlər zəminində yalnız dini fəlsəfə-ilahiyyat (sxolastika və mistika) yayıldığı halda, Müsəlman Şərqində dünyəvi elmlərə əsaslanan elmi-fəlsəfi tə’limlər də mövcud olmuşdur. Buradakı dini-fəlsəfi təlimlər özü də son dərəcə geniş mündəricəlidir. Sünni hüquq məktəblərindən hənifilik, malikilik, şafiilik və hənbalilik öz ideya istiqamətlərinə görə fərqlənirdilər. İslam sxolastikası sifatilik, cəbərilik, qədərilik kimi cərəyanların ideya zəminində yaranıb formalaşmışdır.

Yüklə 69,24 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin