8.Aristotilin fəlsəfi baxışları Aristotelin fəlsəfi baxışları. Qədim yunan fəlsəfəsinin klassik mərhələsinin ən görkəmli nümayəndəsi Aristoteldir. Aristotel (e.ə.384-322) bəşəriyyətin fəlsəfi fikrinin inkişafı tarixində xüsusi rol oynamışdır. Aristotelin xidmətləri əvəzsizdir. 0, dünya şöhrətli fllosof, yunan müdrikləri içərisində universal zəkaya malik olan bir şəxsiyyət kimi tanınmışdı.
Aristotel Makedoniyanın Stagir şəhərində həkim ailəsində anadan olmuşdur. O, 17 yaşında ikən doğma şəhərini tərk edib Afinaya gedərək, Platonun akademiyasına daxil olmuş və ömrünün 20 ilini orada keçirmişdir. Platonun ideyalar haqqında tə”limi Aristotelə böyük tə”sir göstərmişdir.Aristotelin ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, o, varlıq haqqında xüsusi bir tə”lim yaratmış, onu “birinci fəlsəfə”-“metafizika” adlandırmışdır. Onun əsərlərini bir neçə tematik qrupa bölmək olar: Birinci qrupa daxil olan Aristotelin ontoloji xarakterli əsərləridir. (Ontologiya yunanca – ontos – varlıq və -loqos-tə”lim sözlərinin birləşməsindən əmələ gəlmişdir). Aristotel bu qəbildən olan əsərləri bir traktatda birləşdirərək onu “Metafizika” adlandırdı (fizikadan – təbiət elmlərindən sonra). Bunlardan başqa, Aristotel təbiətin və təbiət elmlərinin fəlsəfi məsələlərinə həsr olımmuş “Fizika”, “Səma haqqında”, “Meydana gəlmə və məhv olma haqqında”, “Meteorologiya”, “Heyvanlarun meydana gəlməsi” haqqında və eləcə də ictimaiyyətşünaslıq problemlərinə dair “Siyasət”, “Ritorika”, “Etika”, “Poetika” adlı əsərlər yazmışdır. Daha sonra o, məntiqə, metodologiyaya aid “Kateqoriyalar”, “Anlayış haqqında”, “Birinci analitiklər”, “Ikinci analitiklər”, “Ümumi dəlillər” adlı traktatlar işləyib hazırlamış və onları “Orqanon” adlanan ümumi bir başlıq altında birləşdirmişdir.
9.Orta əsrlər Qərb fəlsəfəsi Qərbi Avropa fəlsəfəsinin bərqərar olması Filon Aleksandriyski və Avreliy Avqustinin adı ilə bağlıdır. Uzun bir dövrü əhatə edən Orta Əsrlər fəlsəfəsi bilavasitə xristian dini ilə əlaqədər idi. Bu dövrdə yalnız o filosoflar hörmətə layiq görülürdülər ki, onlar xristianlığın tərəfdarları olsunlar. Bu mə”nada Orta Əsrlər fəlsəfəsi istər Antik dövrün, istərsə də İntibah dövrünün fəlsəfəsindən əsaslı surətdə fərqlənirdi.
Avreliy Avqustin (354– 430) orta əsr fəlsəfəsinin görkəmli nəzəriy¬yə¬çi¬si, teoloq və filosof olmuşdur. Onun fəlsəfi ideyaları «Həqiqi din haq¬qında», «Azad iradə haqqında», «Tövbə», «Allah şəhəri haq¬qında» əsərində öz əksini tapa bilmişdir. «Allah şəhəri haqqında» əsəri daha mühüm yer tutur. Orada filosof insan birliyinin bir–birinə əks olan iki növünü təhlil etmişdir. Bunlardan birincisi, «dünyəvi şəhər», daha doğrusu özünə məhəbbətə əsaslanaraq allahın inkarına aparıb çıxaran dövlətçilikdir, ikincisi isə «Allah şəhəri»dir ki, burada allaha məhəbbət özünə nifrət səviyyəsinə qədər inkişaf etdirilir. Qeyd etmək lazımdır ki, Avqustinin «Allah haqqında təlimi» sxolastikaya həlledici təsir göstərimişdir. Allah ali varlıqdır, dünya qaydalarını şərtləndirən əbədi və dəyişməz ideyaların mənbəyidir. Allah zərurətə görə deyil, öz iradəsinə görə dünyanı heç nədən yarat¬mış¬dır.
Yaradılma haqqında ehkam ağırlıq mərkəzini təbii başlan¬ğıc¬dan fövqəltəbii başlanğıca keçirir. Antik dövrün allahları təbiətlə qohum idilər, xristian allahı isə təbiətin fövqündə dururdu. Ona görə də həmin allaha transendent allah deyirdilər (Transendent – təcrübədə olan, axirətə aid edilən, fövqəltəbii, fövqəlhissi məna kəsb edir).
«Allah şəhəri haqqında» əsərində Avqustin yazırdı ki, dünya zamanda deyil, zamanla birlikdə yaradılmışdır. Beləliklə, fəal yaradıcı başlanğıc təbiətdən, kosmosdan alınaraq allaha verilirdi. Ona görə də orta əsr fəlsəfəsində kosmos yunan fəlsəfəsində tutduğu möv¬¬qeyini itirmişdir. Avqustin təlimində dünya haqqında təlim ikin¬ci reallıq haqqında təlim kimi verilmişdir. Onun təlimində antik dualizm (əql və materiya) rədd edilir, əvəzində monizm əsas mövqeyə çıxır. Monizm prinsipinə görə, yalnız mütləq başlanğıc– allah vardır, qalanları isə ikincidir, allahın yaratdığıdır. Allah və onun yaratdığı dünya iki reallıqdır. Onlar mütləq şəkildə ontoloji olaraq bir– birindən ayrılırlar. Allah həqiqi varlıqdır, o əbədidir, dəyişməzdir, heç nədən asılı deyildir, hər şeyin mənbəyidir (əslində antik filosofların varlığa aid etdikləri atributları orta əsr fəlsəfəsində allaha aid edilirdi).
Avqustin fəlsəfəsində tale, qismət təlimi mühüm yer tutur. Həmin təlimdə göstərilirdi ki, subyektiv olaraq insan azad fəaliyyət göstərməsinə baxmayaraq, o nə iş görürsə, allah onun vasitəsilə edir. Özünün qararı ilə allah bəzi adamları xilas edir, digərlərini cəhənnəm əzabında cəzalandırır. Xristian tale, qismət təliminin mahiyyəti belədir. İlahi tale qismət prinsipi iki bir– birinə zidd şahlıqların mənbəyidir. Bu iki şahlıq axirət dünyası və real dünyadır. Real dünya müharibələrlə, zorakılıq üzərində qurulmuşdur. İlahi dünya isə kilsənin köməyi ilə formalaşır.