1. Fəlsəfənin predmeti və funksiyaları


İctimai şuur və onun formaları



Yüklə 69,24 Kb.
səhifə28/33
tarix08.01.2023
ölçüsü69,24 Kb.
#78719
1   ...   25   26   27   28   29   30   31   32   33
Fəlsəfə 1-25

25.İctimai şuur və onun formaları
Cəmiyyətin maddi həyatı, iqtisadi münasibətlər ictimai inkişafın əsasını təşkil edir. Lakin bu inkişafı dərk etmək üçün təkcə iqtisadi amilləri bilmək, onların qanunauyğunluqlarını təhlil etmək kifayət deyil. Axı insanların istehsal fəaliyyətindən başqa, cəmiyyətin mənəvi həyatı da vardır və onun əsasını təşkil edən ictimai şüur kimi mühüm bir sahə vardır.
İctimai şüur fərdi şüurdan fərqli olaraq ayrı-ayrı şəxslər, sosial qruplar və xalqlar tərəfindən deyil, bütün bəşəriyyət tərəfindən min illər ərzində yaradılır və o yalnız bəşəriyyətə məxsus olur. İctimai şüur bilavasitə və ya dolayı yolla ayrı-ayrı adamlar tərəfindən yaradılsa da həmin adamların ixtiyarından çıxaraq bütün bəşəriyyətin mənəvi sərvətinə çevrilir. Məsələn, elmi kəşflər, bədii ideyalar, müxtəlif nəzəriyyələr ayrı-ayrı şəxslərin zəkasının məhsulu olsalar da, onlar bütün bəşəriyyətə məxsusdur. İctimai şüur dərin məzmuna malik olub, keyfiyyətcə xüsusi bir mənəvi sistemdir. Bu sistem nəticə e’tibarı ilə ictimai varlıqdan asılı olub onun in’ikası olsa da, özü nisbi müstəqilliyə malikdir. O, ictimai inkişafa tə’sir edən güclü amildir.
İctimai şüurun aşağıdakı formaları mövcuddur: siyasi şüur, hüquqi şüur, əxlaq, elm, incəsənət, din, fəlsəfə.
Siyasi şüur. İctimai şüurun formalarından biri olan siyasi şüur cəmiyyətin siniflərə bölündüyü və dövlətin yarandığı dövrdə formalaşmağa başlamışdır. Siniflərin, sosial təbəqələrin istehsala, hakimiyyətə, ictimai təşkilat və tə’sisatlara, digər siniflərə olan münasibətləri müəyyən siyasi ideya, baxış, təsəvvür və hisslər doğurur. Bu ideya və baxışların məcmusu siyasi şüuru əmələ gətirir. Siyasi şüur siniflərin, sosial qrupların dövlət hakimiyyətinə olan münasibətləri əsasında yaranan sosial-iqtisadi, ictimai-siyasi mövqe və mənafelərini əks etdirən ideya və təsəvvürlərin, hiss və əhval-ruhiyyələrin məcmusudu
Hüquqi şüur. Hüquqi şüur bütünlükdə cəmiyyətin maraq və tələbatı ilə tə’yin olunan hüquqi baxışlar, nəzəriyyə və hisslər, hüquqi hadisələr haqqındakı biliklər və onların qiymətləndirilməsinin məcmusudur.
Siniflər, millətlər və dövlətlər arasındakı münasibətləri əks etdirən siyasi şüurdan fərqli olaraq, hüquqi şüur həyatın ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələri nöqteyi nəzərindən əks etdirir. Hüquqi şüurun xarakterik cəhəti onun hüquqla qırılmaz əlaqəsidir. Bu əlaqə onların meydana gəlməsi, fəaliyyət göstərməsi və inkişafı ilə bağlı olan ümumi səbəblərlə şərtlənmişdir. Hüquq və hüquqi şüur cəmiyyətin siniflərə bölünməsi, dövlətin əmələ gəlməsi və inkişafı nəticəsində yaranmış ictimai münasibətləri tənzimləmə zərurətindən meydana gəlmişdir. Hüquq normativ sistemlərdən biri olub, cəmiyyətdə insanların hərəkət və davranışlarını, birliklərin və dövlət təşkilatlarının vəzifələrini, münasibətlərini tənzimləyir. Bu normalar müvafiq hüquqi qanunlarda ifadə olunur. Bununla, hüquq ictimai orqanizmin işləməsi üçün lazım olan optimal şəraitin yaradılmasına kömək edir.
Əxlaq. Əxlaq və ya mənəviyyat öz tarixi e’tibarı ilə ictimai şüurun qədim forması olub, insan cəmiyyətinin formalaşdığı dövrdə meydana gəlmişdir. Cəmiyyətin ilkin inkişaf mərhələsindəki iqtisadi münasibətlərdə öz ifadəsini əxlaqi şüurda tapmışdır. Əxlaq hələ ibtidai icma quruluşunda insanların praktiki tələbatından – münasibətlərin tənzimlənməsi, birgə əmək fəaliyyətinin təşkili ehtiyacından meydana gəlmiş və inkişaf etmişdir. Bütün bunlar adi davranış normalarının, qaydalarının adət kimi təsbit olunmuş şəkildə işlənilməsini tələb edirdi. Axı cəmiyyət həmişə öz üzvləri qarşısında müəyyən tələblər qoyur. Bu tələblər ilk növbədə məhz əxlaq normalarında ifadə olunur. Cəmiyyət inkişaf etdikcə istehsalda, istehsal münasibətlərində baş verən dəyişikliklərin tə’siri altında bu normalar dəyişilir, yeniləşir və inkişaf edir.
Etika əxlaq nəzəriyyəsi, əxlaq haqqında fəlsəfi tə’limdir. O, quldarlıq cəmiyyətində əqli əməyin fiziki əməkdən ayrılması, ilk fəlsəfi nəzəriyyələrin yaranması dövründə meydana gəlmişdir. Bu mənada filosofların insan münasibətləri sahəsinə müraciət etmələri, əxlaqın meydana gəlməsi səbəbləri və mənbələri, həyatın mə’nası, səadət, xeyir və şər anlayışları, insan hərəkətlərinin əxlaqi qiymətləndirilməsi və başqa problemlərə toxunmaları xüsusi rol oynamışdır.
Elm. İctimai şüurun formalarından biri olan elm təbiətdə, cəmiyyətdə və insan təfəkküründə baş verən proses və hadisələr haqqında sınaqdan keçirilmiş, dəqiqləşdirilmiş biliklər sistemidir. İnsan və bütövlükdə cəmiyyətin yaşaması üçün onlar ətraf aləm haqqında müəyyən biliklərə malik olmalıdırlar. Bunsuz istehsal prosesini həyata keçirmək mümkün deyil. Odur ki, cəmiyyət elmsiz, biliksiz, yaşaya bilməz.

Yüklə 69,24 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin