1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə


Fəlsəfədə metod anlayışı və təsnifatı



Yüklə 340,51 Kb.
səhifə95/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   91   92   93   94   95   96   97   98   ...   115
felsefeimtahansualları

45. Fəlsəfədə metod anlayışı və təsnifatı
. Fəlsəfədə metod problemi, tətbiq sahəsinə (əhatə dairəsinə) görə metodların təsnifatı: xüsusi elmi metodlar, ümumelmi metodlar və ən ümumi – universal (fəlsəfi) metodlar. Elmi idrakın metodlarının elmi fəaliyyətin xarakterinə görə təsnifatı: ümumməntiqi metodlar (analiz, sintez, induksiya, deduksiya, analogiya); nəzəri elmi metodlar (aksiomatik, hipotetik, formallaşdırma, ümumiləşdirmə, abstraktlaşdırma, abstraktdan konqkretə keçmə, tarixilik, sistemli təhlil); empirik elmi metodlar (müşahidə, çöl materialı toplama, sorği, ölçü, hesablama, müqayisə, eksperiment, təsvir, modelləşdirmə). Ən ümumi – universal və ya fəlsəfi metodlar: qeyri-elmi fəlsəfi metodlar (eklektika, sofistika), elmi əsası olan fəlsəfi metodlar (metafizika, dialektika, sistemli yanaşma və sinergetika), onların mahiyyəti və elmi idrak üçün metodoloji əhəmiyyəti.
- Sinergetika yunan sözü olub, hərfi mənası kollektiv hərəkət deməkdir. Bu termini ilk dəfə bizim işlətdiyimiz mənada 1970-ci ildə alman fiziki Herman Haken elmə daxil edib.
O, fizika üzrə tələbələrə dediyi mühazirədə lazerin öyrənilməsində kollektiv hərəkətlərin sinxronlaşma və harmoniyanın rolunu qabartmağaçalışıb. Burada, əsasən, məqsəd nədir. Necə olur ki, çoxsaylı elementi olan sistem hansısa gücün təsiri altında xaotik durumdan nizamlı hərəkətə keçir? Sinergetika məhz belə çoxtərkibli elementlərdən ibarət sistemin çoxhərəkətli nizamını, harmoniyasını öyrənir. Bundan başqa, sinergetika nizamlı hərəkətlərdən xaotikhərəkətə keçidi də öyrənir. Sinergetika daha sonra Avropanın digər yerlərində öyrənilməyə başlayır. Daha sonralar isə sinergetika sahəsi inkişaf etməyə başlayıb və yeni-yeni məsələlər ortaya çıxıb. Sinergetikanın metodları vasitəsilə bioloji və sosial sistemləri öyrənməyin mümkün olub-olmaması araşdırılmağa başlayıb. Cəmiyyətin bu metodlarla öyrənilməsi aktuallıq kəsb etməyə başlayıb. Burada dabirmənalı fikir yoxdur. Belə ki, bir qrup alim deyir ki, cəmiyyəti sinergetik metodlarla öyrənmək mümkündür və onlar sosial sinergetika anlayışından danışırlar. Digərləri isə buna şübhə ilə yanaşır və deyir ki, sinergetika təbiətşünaslıqdan yaranıb. Deyirlər ki, təbiətşünaslıqda yaranmış metodların sosial sahəyə tətbiqi heç də həmişə gözlənilən effekti vermir. Bu zaman həm metodoloji, həm də praktiki nəticə almaq baxımından qüsurlar ola biləcəyini düşünənlər də var. Bütün bunlara baxmayaraq, 1970-ci ildən bu yana sinergetikanın cəmiyyətdə öyrənilməsinin tətbiqi ilə ciddi surətdə məşğul olurlar.
Elə həmin illərdə - təqribən 1974-cü ildə alman alimi Vaydlix Klaus sosiodinamika adlı bir nəzəriyyə yaratmağa girişib. Onun da əsas məqsədi sinergetik metodlar vasitəsilə cəmiyyəti öyrənmək olub. 2010-cu ilə olan duruma görə bu sahədə vəziyyət belədir ki, Vaydlixin apardığı işlər dünyanın diqqətini çəkib. Onun miqrasiyanın, əhalinin öyrənilməsi, şəhərləşmə məsələləri, ayrı-ayrı müəssisələrin iqtisadi fəaliyyətinin modelləşdirilməsi ilə bağlı apardığı araşdırmalar çox maraq cəlb edir. Bu baxımdan cəmiyyətin öyrənilməsi üçün Vaydlixi aparıcı alimlərdən biri sayırlar insanların özünü məhv etməyə qalxa biləcək robotların necə idarə edilməsi tədris edilir. Həmçinin iqtisadiyyat necə inkişaf etməlidir ki, qlobal miqyasda mənəviyyatla, ekologiya və siyasətlə ziddiyyət yaratmasın və sair bu kimi məsələlər ciddi tədris edilir. Sinergetik yanaşmalar bu kimi tədqiqat məsələlərində ciddi nəticələrə gətirib çıxarmaq üçün öyrədilir.


Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin