1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə


Müasir dövrün əsas qlobal problemləri



Yüklə 340,51 Kb.
səhifə113/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   107   108   109   110   111   112   113   114   115
felsefeimtahansualları

59. Müasir dövrün əsas qlobal problemləri
Qlobal problemlərin ümumi səciyyəsi. İnsanın daima biliyə, onu əhatə edən dünyanı öyrənməyə cəhd etməsi təkcə bilik xatirinə bilik əldə etmək yox, həm də bu biliklərdən istifadə etməklə həyat şəraitini yaxşılaşdırmaq olmuşdur. Təbiətin sirlərini, onun çoxsaylı kortəbii hadisələrini öyrənməklə ondan öz rifah halını yüksəltmək istəyi bəşər övladının əbədi arzusu olub. Ən əsası isə insan təbiətdən asılılığını dəf etmək, müstəqil olmaq və nəhayət təbiəti öz xidmətində görmək istəmişdir.
Bu istəkləri gerçəkləşdirmək üçün insan uzunmüddətli, məşəqqətli bir yol keçib. Yeni dövrdə eksperimental elmin yaranması bu arzuları gerçəkləşdirməkdə möhtəşəm bir addım olub. XIX əsrdə elmin bütün sahələrində inkişaf bir zamanlar şirin röya kimi görünən arzuları reallığa çevirdi. Lakin, belə bir möhtəşəm inkişafın zərərli nəticələri özünü çox göstərmədi. Kütləvi qırğın silahları, sürətli sənayeləşmənin bilavasitə nəticəsi olan ətraf mühitin çirklənməsi, müxtəlif xəstəliklərin geniş yayılması yeni bir problemlər törətdi. Elə bu problemlər haqqında aşağıda söhbət açacağıq.
II.Qlobal problemlərin təsnifatı.
Müasir dövrün qlobal problemləri dedikdə elə problemlər başa düşülür ki, bəşəriyyətin sosial tərəqqisi və bütövlükdə sivilizasiyanın qorunub saxlanması onların həllindən asılıdır. Bu problemlər cəmiyyətin inkişafının obyektiv amili kimi yaranır və öz həlli üçün bütün bəşəriyyətin öz səylərini birləşdirməsini tələb edir. Qlobal problemlər qarşılıqlı əlaqədə olub, insanların həyat fəaliyyətinin bütün tərəflərini əhatə edir və dünyanın bütün ölkələrinə eyni dərəcədə aiddir.
Müasir dövrün qlobal problemlərini onların mənbəyi və yaranma səbəblərinə görə üç böyük qrupa ayırmaq olar: intersosial, sosial-təbii, sosial.
1.İntersosial qlobal problemlər iri sosial qruplar arasında müxtəlif səbəblər üzündən yaranmış qarşıdurmadan meydana gəlir. Bu qrupa iki əsas qlobal problem daxildir: kütləvi qırğın silahının tətbiqi ilə baş tuta biləcək dünya müharibəsi(“nüvə müharibəsi”) və “Şimal-Cənub” problemi.

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin